
“Apple” “Formula 1”in yayım hüquqlarını aldı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Psixoloji səbəblər və elmi baxış
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Avropalı müttəfiqləri ABŞ prezidenti Donald Trampın onların Suriyada İŞİD üçün döyüşən və ələ keçirilən vətəndaşlarını ölkələrinə geri aparmalı olduqlarına dair tələbinə cavab verməyib. Prezident deyib ki, terror qrupu məğlubiyyət astanasındadır. Lakin bir çox təhlilçi qorxur ki, İŞİD hələ də hücumlar törətmək imkanına sahibdir.
İslam Dövləti qrupu bir zamanlar 100 min kvadrat kilometr əraziyə və azı səkkiz milyon insana nəzarət edirdi. İndi isə terror qrupunun nüfuzu Bağuz şəhəri ilə məhdudlaşdırılıb və onlar ABŞ-ın başçılıq etdiyi Suriya Demokratik Qüvvələri tərəfindən ağır hücumlara məruz qalır.
ABŞ prezidenti Donald Tramp bazar günü “Twitter” hesabında yazıb ki, “xəlifəlik süquta hazırdır”.
Münhen Təhlükəsizlik Konfransında bir araya gələn müttəfiqlər isə bundan əmin deyil.
“Bəzi ərazilər azad edilib, amma nə İŞİD, nə terrorizm məğlub edilməyib, çünki onların ideologiyası hələ də orada mövcuddur, insanlar hələ də oradadır, onları cəlb etmək üçün istifadə olunan səbəblər də hələ ki, aktualdır” – deyə, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bildirir.
Ekspert Piter Nyuman deyir ki, İŞİD hələ də minlərlə döyüşçüyə arxalana bilər.
“Onların hamısı nəzarət etdikləri ərazidə deyil. Bir çoxları digər ərazilərdə gizlənib. Onlar Mosuldadır, Rəqqadadır və geri gəlməyi gözləyirlər”, o söyləyir.
Prezident Tramp yazıb ki, Avropa Suriyada ələ keçirilən 800-dən çox İslam Dövləti qrupu döyüşçüsünü geri aparmalıdır. Əks təqdirdə ABŞ onları azadlığa buraxmağa məcbur olacaq və bu halda onlar “Avropaya yayılacaq”. Sabiq respublikaçı konqresmen Darell İssa deyir ki, müttəfiqlər bu mesajı diqqətə almalıdırlar.
“Keçmişdə avropalılar Quatanamoda saxladığımız döyüşçüləri geri qaytarmağımızı istəyirdi amma onları o ölkələrdə məsuliyyətə cəlb etməyimizi istəmirdi. Nəticədə o döyüşçülər ya döyüş meydançasına qayıdıb ya da öz ölkələrində terror hücumları edirdi. Ümid edirəm ki, avropalılar bundan dərs çıxarıb və bu döyüşçüləri geri gətirib, məsuliyyətə cəlb etməyə hazırdılar”, İssa deyir.
P.Nyuman razılaşır.
“Belə bir sadə prinsip olmalıdır ki, hər bir ölkə öz vətəndaşlarına görə məsuliyyət daşısın və onların qayğısına qalsın”, Beynəlxalq Radikallaşma Araşdırmaları Mərkəzindən Piter Nyuman bildirir.
Lakin təhlükəsizlik üzrə təhlilçi Karin von Hipper deyir ki, Trampın “Twitter” mesajı müttəfiqlərə qarşı hörmətsizlikdir.
“Bu, geniş yayılmış problemdir. İŞİD Avropa ölkələrində avropalılarla yanaşı amerikalılara da hücum edə bilər”, o söyləyir.
Avropa liderlərinin çoxu hələ ki, Donald Trampın “twit”lərinə cavab verməyib.
Prezident konfransda iştirak etməyib. Lakin onun “Twitter”dəki mesajları oradakı gündəmdə olub və ağıllarda İŞİD-in həqiqətən də məğlub olub-olmadığına və yenidən dünyaya təhlükə törədib-törətməyəcəyinə dair suallar yaradıb.