
Bəylər Əyyubov vəzifədən azad edildi
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
“Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Bakı prosesi”nin davamıdır”. Bunu “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi, Azadinform İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev deyib.
Baş redaktor xatırladıb ki, Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq, həmin il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirildi. Konfransda İlham Əliyevin çıxışı zamanı irəli sürdüyü təkliflər və tövsiyələr tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdı: “Sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi”nin əsasını qoydu və bu təşəbbüs artıq qlobal prosesə çevrildi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin toplantısı keçirildi. Tədbirə həm də Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri dəvət edilmişdi. 2010-cu ildən başlayaraq Azərbaycanda keçirilən həm mədəniyyətlərarası, həm də humanitar forumların təşəbbüskarı Prezident İlham Əliyevdir. Ölkə başçısının məqsədi təkcə regionda deyil, bütün dünyada baş verən problemlərə beynəlxalq ictimaiyyətin diqqətini çəkməkdir. Məqsəd ölkəmizin Avropa Şurasına və İSESKO-ya üzv yeganə dövlət olmaq imkanından bəhrələnərək, Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü - vasitəçisi rolunu oynamaqla yanaşı, fərqli mədəniyyətlər arasında dialoqun inkişafına töhfə vermək idi. Bu nöqteyi-nəzərdən tarixən tolerant və multikultural Azərbaycan ən uğurlu platformadır”.
N.Niftiyevin sözlərinə görə, ümumdünya mədəniyyətlərarası Forum 2011-ci ildən başlayaraq hər iki ildən bir keçirilir: “Təxmini statistikaya görə, 2011-cu ildən bu günədək Foruma 10 minə qədər yerli və xarici iştirakçı qatılıb. Əgər 2011-ci ildə Forumda 60-70 dövlətin nümayəndəsi iştirak edirsə, 2017-ci ildə bu rəqəm 100-ü keçmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, Bakı platforması beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Ötən bu illər ərzində Forumun tərəfdaşlarının sayı da nüfuzlu beynəlxalq təşkilatlarla zənginləşib. BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar artıq Bakıda keçirilən tədbirlərin tərəfdaşları kimi çıxış etdilər”.
Ekspert bildirib ki, Prezident Forumda maraqlı tezis səsləndirdi: “Dövlət başçısı qeyd etdi ki, beynəlxalq aləmdə diskriminasiya mühitinin formalaşmasında sosial medianın da rolu az deyil. Prezidentin çıxışından sonra moderator bu tezisin üzərində xüsusi dayandı. O qısa çıxışında bildirdi ki, sosial media bəzən ayrı-seçkiliyə zəmin yaradır, qeyri-bərabərlik formalaşdırır. Prezidentin digər maraqlı mesajı multikulturalizmlə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, dünyada multikulturalizmin tendensiya halını alması beynəlxalq səviyyədə sülhə, tərəfdaşlığa vacib töhfə olardı. Əlbəttə, bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Bunun da həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var. Çünki Azərbaycanda bütün xalqlar, dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyevin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir. Əlbəttə, bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Düşünürəm ki, Forumda göstərilən video-çarxın mənası da ictimaiyyətə zəruri mesajlar verirdi. Bu forumlarda biz həm də təkrar-təkrar Dağlıq Qarabağ problemini beynəlxalq ictimaiyyətə təqdim edir, ədalət gözləyirik”.