Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
18:17 | 7 avqust 2019 | Çərşənbə
Məqaləyə 2749 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Baş nazir Nikol Paşinyanın Ermənistanın işğalı aıtında olan Azərbaycan torpaqlarına səfəri zamanı Xankəndində keçirilən aksiyada səsləndirdiyi fikirlər bir neçə gündür ki, ölkə KİV-də müzakirə olunmaqdadır.
Medianın əsas diqqəti Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərinin ilhaqı barədə sərsəmləmələrinə yönəltməsi də təbii qəbul olunmalıdır. Çünki bizim üçün prioritet məsələ ərazilərimizin erməni işğalından azad edilməsidir.
Amma erməni baş nazirin çıxışında diqqət çəkən və bir sıra məqamların gün işığına çıxarılmasına imkan yaradan istiqamətlər də var.
Paşinyanın Xankəndindəki çıxışının ana xəttini separatçı rejimin başına öz nümayəndəsinin gətirilməsi perspektivi təşkil edir. Erməni baş nazirin konsensusa gəlinməli olan məsələlərlə bağlı söylədikləri də bunu sübuta yetirir. Məsələn, Paşinyan hesab edir ki, daxili proseslərdə güc amilindən imtina edilməlidir. Bu separatçı ərazidə keçirilməsi nəzərdə tutulan qondarma seçkilərdə sabiq prezidentlər- Köçəryan və Sarkisyana məxsus hərbi qruplaşmaların silahlı müqavimət göstərə biləcəkləri ehtimalından doğan narahatlığın ifadəsi kimi də qəbul oluna bilər. Çünki Nikol qondarma seçkilərin məhz onun nəzarəti altında keçirilməsini istəyir. Bu amil baş nazirin çıxışında da öz əksini tapıb. Paşinyan deyir: “Ermənistan öz növbəsində “Qarabağ xalqı”nın öz azad iradəsini ifadə etməsinin qarantı kimi çıxış etməli, bununla “legitim hakimiyyət”in formalaşmasına zəmanət verməlidir”. Göründüyü kimi, erməni baş nazirin bu fikirlərində “seçki”lərin onun nəzarəti altında keçiriləcəyi açıq-aşkar bildirilir. Paşinyan bu günədək separatçı bölgədə keçirilən “seçki”lərin, o cümlədən separatçıbaşı Bako Saakyanın da “legitim” olmadığını diqqətə çatdırmağı da unutmur və bununla da əslində Ermənistandakı Qarabağ klanına ultimatum verir.
Paşinyanın Xankəndində keçirilən aksiyadakı çıxışında diqqət çəkən başqa bir məqam isə separatçı ərazidə keçirilməsi nəzərdə tutulan “seçki”lərə və Ermənistandakı siyasi proseslərə xarici müdaxilə ehtimalı ilə bağlıdır. Paşinyan deyir ki, “Bizim daxili məsələlərin həllinə xarici qüvvələri cəlb etmək istəyənlər, bizim ölkəmizdə xarici maraqların təmsilçiləri kimi cıxış etməyə cəhd göstərənlər erməni xalqının ən sərt müqavinəti ilə qarşılaşmalıdırlar”. Paşinyanın bu fikirləri də onun Qarabağ klanına xaricdən, çox güman ki, Rusiyadan verilə biləcək dəstəklə bağlı qorxusudur. Ermənistanın baş naziri əvvəlki dəstəyinin olmadığını yaxşı başa düşür və “xarici müdaxilə” amilini qabartmaqla kütlənin emosional hisslərinə toxunmaqla ilk növbədə öz müdafiəsini təşkil etmək istəyir. Onun “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ilə bağlı fikirləri də populizmdən və kütlənin diqqətini cəlb etməkdən başqa bir şey deyil.