
Fransada türklərin sayı milyona yaxınlaşır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
15 nəfər haqqında həbs qətimkan qərarı verilib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Böyükşəhər Bələdiyyəsini əhatə edən cinayətlər çərçivəsində həbslərin ikinci dalğası
İnsanlar gecəni küçələrdə keçirdilər
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
Bu gün 29 May 1453-cü il İstanbulun fəthinin 569-cu ildönümüdür.
Bu hadisə həm Türk həm də dünya tarixinin ən önəmli hadisələrindəndir. Doğu Roma İmperiyasının baş kəndinin Türklərin nəzarətinə keçməsilə Bizansın 1000 illik varlığına faktik son qoyulub. Dünya tarixində bu miqyasda hadisələr barmaqla sayılacaq qədər azdır.
İstanbulun fəthini gerçəkləşdirmiş Sultan Mehmet Türk tarixinə adını qızıl hərflərlə Mete xan, Atilla, Sultan Alparslan, Sultan Qılınc Arslan kimi ehtişamlı adların sırasına yazdırmış, çağ qapadıb, yeni çağ açan “Fateh” ünvanlı tək şəxsiyyətdir.
Sultan Mehmet Fateh zamanına görə çox irəli görüşlü, dövrünə görə mükəmməl təhsil görmüş, sanki qarşıda reallaşdıracağı fütuhat üçün yetişdirilmiş, möhkəm iradəli, müstəsna qabiliyyətlərə sahib dövlət və hərbi xadimidir.
Di gəl ki, Fateh öz dövründə ən sevilməyən, hətta öz xanədanı, sultan ailəsi tərəfindən belə düzgün anlaşılmayan sultandır. Səbəbləri isə aşağıdakılardır.
Yeniçərilər: Fatehin birib-tükənməyən fəth həvəsi, ard-arda təşkil olunan səfərlər, hərbi yürüşlər ordunun əsasını təşkil edən yeniçəriləri yorğun salmışdı. Üstəgəl Fatehin dözülməz dərəcədə ağırlaşdırılmış dissiplin tədbirləri də orduda narazılığa səbəb olmuşdu.
Xalq: Anadoludakı türklərin yeni fəth olunan yerləri - Balkanlar, Yunanıstan, Trakiya yörələrini, - türkləşdirmək amacıyla oralara köçə məcbur edilməsi xalq arasında İstanbul fatehinə mənfi münasibətin əsas səbəbi idi. Buraya İstanbulun yenidən bərpa edilməsi üçün artırılan vergilər, səfərlər üçün sərf olunan xərclərin də Anadoluda yaşayan Türklərin üzərinə qoyulması səbəbini də gəlsək toplumdakl narazıçılığın miqyası təsəvvür edilə bilər.
Türk hərbi və siyasi isteblişmenti: İstanbulun fəthindən sonra sultanın imperiyanın xristian əhalisinə yönəlik yumşaq, güzəştli tutumu, onları müsəlman əhalidən ayırmaması, vəzirlərin və dövlətin üst qədəmələrinə irəli çəkilənlərin Türk ailələrindən deyil, devşirmələrdən seçilməsi də dövlətin və ordunun dayağını təşkil edən Türk soyluların narazılığının əsas nədənlərindən idi.
Təriqətlər və dini isteblişment: Fəthdən sonra sultanın Anadoluda təriqətlərə məxsus vəqf torpaqlarına əl qoyub, onları timar torpaqlarına çevirməsi təriqətlərlə arasının açılmasına səbəb olur.
Öz xanədanı, ailəsi: Fatehədək Osmanlı sultanlarının ailəlikcə süfrə arxasında toplanmaq, birlikdə yemək qaydası varmış. Bu bütün xanədan mənsublarının bir araya gəlməsini sağlayan bir üsul olmaqla yanaşı, normal şərtlərdə sultanla görüşə bilməyən səltənət mənsublarının istək, giley və şikayətlərinin yemək toplantıları zamanı sultana çatdırması üçün də bir fürsət yaradırdı. Fateh bu adətə son qoyur, tək, kimsəni yanına almadan yemək yeyir, ziyafət təşkil edir.
Buraya legitimləşdirilmiş “qardaş qətli” yasası da əlavə edilincə, öz xanədanında belə Fateh sevilməyən birinə çevrilir.
Bütün bu nədənlər adı şərəf tariximizdə fəxri yerlərdən birində qərar tutmuş Fateh Sultan Mehmeti öz zamanının sevilməyən, çoxluğun narazı olduğu bir dövlət adamına çevirir.
Anlaşılan odur ki, tarixi hadisələrin doğru anlaşılıb, layiq olduğu dəyəri alması üçün üzərindən bəlli bir tarixi sürəcin ötməsinə ehtiyac var.
Fateh olsan da, imperiyalar yıxıb-qursan belə çoxluq, toplum narazı olacaq bir səbəbi hər zaman bulacaq. Bu üzdən də böyük işlərə yeltənən, strateji düşüncəli tarixi şəxsiyyətlər zamanında toplumların nə düşündüklərinə bir o qədər də əhəmiyyət verməz, doğru bildiklərini edərlər.
Bizə İstanbulu qazandırmış böyük Türkü aradan 570 il örətməsinə baxmayaraq sayğı və ehtiramla anırıq.
P.S.: İstanbulun fəth ediləcəyilə bağlı Məhəmməd peyğəmbərdən nəql edilən hədis Əməvilər zamanı, konkret olaraq Kərbəla olayından sonra ortaya atılmış hədisdir və peyğəmbərin belə bir öncəgörmədə, bəyanda bulunması şübhəlidir.
Bu mif daha çox Kərbəlada peyğəmbər nəvəsinin qətl edilməsindən sonra müsəlman camiəsində yaranmış şoku gedərmək, ortamı sakitləşdirmək üçün İstanbula səfər hazırlıqlarına başlanması, İstanbulu fəth edəcək ordu və komutanın peyğəmbər tərəfindən vəsf edilməsi rəyini formalaşdırmaq üçün ortaya atılmış bir fikrdir və hansısa bir qaynağa söykənən kökü, əsası yoxdur.