
Pezeşkianın məhdud çərçivəsi
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Mixail Saakaşvili: “Dövlətlərin öz ləyaqətini qorumaq davranışı prinsipinin yaradıcısıdır”
Diplomatik balans və strateji perspektivlər
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
Azərbaycan lideri İlham Əliyevin “Yeni dünya nizamına doğru” forumunda verdiyi mühüm mesajlar
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forum
İlham Əliyev: “Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik”
Azərbaycanda respondentlərin 88,1 faizi Prezident İlham Əliyevə tam etibar edir, 10,2 faizi isə əsasən etibar edir. Bu, Sosial Tədqiqatlar Mərkəzinin dövlət başçısının bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Mərkəzdən bildirilib ki, məqsəd Prezidentin ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
Respondentlərin Birinci vitse-prezident Mehriban Əliyevaya inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9 faizi Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6 faizi əsasən etibar etdiyini bildirib.
Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5 faizi Milli Məclisə tam etibar etdiyini, 37,7 faizi əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7 faizi əsasən etibar etmədiyini, 22,2 faizi isə heç etibar etmədiyini bildirib. 3,0 faiz respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6 faizi məhkəmələrə tam, 24,0 faizi isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6 faizi əsasən etibar etmədiyini, 17,2 faizi isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7 faizi bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.
Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8 faizi Nazirlər Kabinetinə tam, 36,0 faizi əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6 faiz təşkil edib (5,4 faizi əsasən etibar etmir, 18,2 faizi heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6 faiz respondent mövqe bildirməkdə çətinlik çəkib.
Sorğu iştirakçılarının 22,7 faizi yerli icra hakimiyyəti orqanlarına tam, 22,8 faizi əsasən etibar etdiyini bildirib. 14,1 faiz respondent əsasən etibar etmədiyini, 37,3 faiz heç etibar etmədiyini qeyd edib. 3,2 faiz respondent qərarsız mövqe nümayiş etdirib.