
Qrenlandiya kiçilir və sürüşür
Günahkar iqlim dəyişikliyidir?
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Psixoloji səbəblər və elmi baxış
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Qədim qızıldərili mifologiyası gündəmdə
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
ABŞ Prezidenti Co Bayden şənbə günü hər iki partiyanın dəstəyi ilə qəbul edilən silah təhlükəsizliyi ilə bağlı qanunl layihəsini imzaladı. Bu, Ali Məhkəmənin silah hüquqlarını genişləndirəndən günlər sonra qəbul edilən son otuz ilin ən böyük federal silah islahatıdır.
“Bu, monumental bir gündür”, – Bayden Ağ Evdə həyat yoldaşı Cill Bayden yanında ikən bildirib. “Bu, Allahın izni ilə, çox həyat qurtaracaq”.
Ali Məhkəmə cümə axşamı ilk dəfə olaraq ABŞ Konstitusiyasının insanların özünü müdafiə məqsədilə ictimai yerlərdə silah daşımaq hüququnu qoruduğunu bəyan edib. Silahlara nəzarət uzun müddətdir ABŞ-da ixtilaflı bir məsələdir. Belə ki, silah satışlarına yeni nəzarətlər tətbiq etmək cəhdləri dəfələrlə nəticəsiz qalıb.
Yeni qanuna ştatlara silahların özlərinə və ya başqalarına təhlükə yarada biləcək insanların əlinə keçməsinin qarşısını almağa yardım edən müddəa daxildir. Qanun həmçinin evli olmayan intim partnyorlarına qarşı zorakılıq etməkdə təqsirli bilinən insanlara silah satışının qarşısı alır, ancaq hücum tipli tüfənglər və ya yüksək tutumlu daraqların satışını qadağan etmir.
Qanun ilk dəfə olaraq azyaşlıların törətdikləri mühüm cinayətlər haqqında məlumat əldə etməyə imkan yaradır. Bununla birlikdə qanun həmçinin məişət zorakılığına görə məhkum edilmiş alıcılara silah satışının qarşısını alır.
Qanun silahları özləri və başqaları üçün təhlükəli hesab edilən insanların əlindən almaq üçün nəzərdə tutulan “qırmızı bayraq” qanunlarını həyata keçirilən ştatları yeni federal maliyyə ilə təmin edir.
Bayden deyib ki, o, qanunun imzalanmasını qeyd etmək üçün iyul ayında silah zorakılığına məruz qalan insanlar üçün tədbir keçirəcək.
Prezident həmçinin dəfələrlə olduğu kimi yenidən Ali Məhkəmənin cümə günü ölkə boyu konstitusion abort hüququnu ləğv edən qərarını tənqid edib və deyib ki, onun administrasiyası diqqəti ştatların bu qərarı necə tətbiq etdiyinə yönəldəcək və onların başqa qanunları pozmadıqlarından əmin olacaq.
“Ali Məhkəmə bəzi çox pis qərarlar verib”, – Bayden deyib. “Çill və mən bu qərarın bir çox amerikalı üçün nə qədər ağrılı və viranedici olduğunu bilirik. Biz qadınların hüquqlarını və reproduktiv sağlamlığı qorumaq üçün tədbir görəcəyik”, – o söyləyib.