Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
12:29 | 30 iyun 2022 | Cümə axşamı
Məqaləyə 1010 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Fransa nəşrlərindən biri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən 4 gün əvvəl, yəni 20 fevralda iki ölkənin prezidentinin telefon danışığının stenoqramını yayıb. Telefon zənginin təşəbbüskarı Fransa prezidenti Emmanuel Makron olub. O telefon söhbətində rusiyalı həmkarı Vladimir Putini bölgədə gərginliyi azaltmaq məqsədi ilə Kiyevlə danışıqları bərpa etməklə bağlı ona az qala yalvarıb. Makron hətta Putinə söz verib ki, yaxın günlərdə onunla ABŞ prezidenti Co Baydenin görüşünü təşkil etməyə hazırdır.
Vladimir Putin telefon danışığı boyu Makrona yalançı vədlər verir, məsələn deyir ki, təlimlər bitdikdən sonra Ukrayna ilə sərhəddən Rusiya qoşunlarını geri çəkəcək, guya o dialoqda maraqlıdır və s. Ancaq indi artıq bəllidir ki, Putin Makronla telefonla danışdığı gündən əvvəl Ukraynaya qarşı işğala başlayacağına qərar vermişdi. Makron Putinin belə bir qərarı verdiyini əvvəlcədən bilsəydi, Kreml sahibini uzun-uzadı niyə dilə tutmağa çalışıb? Deməli, Makrona ötürülən kəşfiyyat məlumatları yanlış olub. Elə buna görə, Fransa kəşfiyyatının rəhbəri müharibədən sonra vəzifəsindən istefa verib. Fransa prezidenti Putinin müharibə qərarını aylar və ya həftələr öncə verdiyini bilsəydi, fevralın 20-dəki telefon danışığında ona yalvarmaz, əksinə mümkün müharibənin Rusiya və şəxsən Putin üçün ağır nəticələri olacağını diplomatik dildə izah edərdi.