
Depardyeyə həbs qərarı
Məhkəmə məşhur aktyora 18 aylıq cəzadan əlavə 20 min avro cərimə kəsib
Məhkəmə məşhur aktyora 18 aylıq cəzadan əlavə 20 min avro cərimə kəsib
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
15 diplomatın deportasiya edilməsi haqqında qərar verildi
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Fransa məktəblərində isə polis yoxlamaları artırıldı
Fransada korrupsiyada günahkar bilinən meri istefa verəcək
Fransa hökuməti gördüyündən göz kirəsi istəyir
“Makron amerikalılardan əvvəl öz elm adamlarına diqqət yetirməlidir”
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Fransa xəstəxanalar azyaşlı uşaqlarla dolub
Parisin əsas görməli yerlərindən biri sayılan Eyfel qülləsi paslanıb və əsaslı təmirə ehtiyacı var. Lakin əvəzində Parisdə 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində onu yenidən rəngləyirlər.
Bu barədə Fransanın “Marianne” jurnalı öz mənbələrinə istinadən yazıb.
Jurnalın əldə etdiyi gizli hesabatlarda yer alan iddialara görə, Eyfel qülləsində çatlar və paslar hələ 2014-cü ildə aşkar edilib. Bildirildiyinə görə, 2016-cı ildə qüllədə 884, o cümlədən “quruluşun dayanıqlığına təhlükə yaradan” 68 zədə qeydə alınıb.
Qüllənin adının açıqlanmasını istəməyən meneceri jurnala deyib: “Əgər [qüllə mühəndisi] Qustav Eyfel bu yeri ziyarət etsəydi, infarkt keçirərdi”.
Qüllə indi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə 20-ci dəfə rənglənir. Abidənin kosmetik təmirinin dəyəri 60 milyon avrodur. Ehtimal olunurdu ki, qüllənin üçdə birindəki boya soyulacaq, bundan sonra ona iki yeni qat çəkiləcək. Bununla belə, COVID-19 pandemiyası səbəbindən işlərin dayandırılması və köhnə boyada qurğuşun olması ona gətirib ki, abidənin yalnız 5 faizində boyanın tam soyulacağı gözlənir.
Jurnalın danışdırdığı ekspertlər hesab edirlər ki, qüllədən köhnə boya tamamilə silinməli və yalnız bundan sonra yenidən rənglənməlidir. Onlar deyiblər ki, köhnənin üzərinə yeni boya vurulması korroziyanı daha da gücləndirir. Lakin jurnalda yazılanlara görə, qülləni idarə edən və 99 faiz Paris meriyasına məxsus şirkət turizm gəlirlərini itirdiyi üçün abidəni uzun müddət bağlamaq istəmir.
Hündürlüyü 324 metr, çəkisi 7 min 300 ton olan bu dəmir qüllə 1889-cu il Dünya Sərgisi üçün tikilmişdi. Açılışdan əvvəl dörd qat sülügən (tərkibində qurğuşun olan mineral) ilə örtülmüşdü. İndi o qadağandır, lakin o dönəmdə korroziyaya qarşı ən yaxşı maddə hesab edilirdi. Eyfel özü hesab edirdi ki, boya qüllənin davamlılığına zəmanət verir və “ən əsası pasın qarşısını alacaq”.
Eyfelin düşüncəsinə görə, qüllə 20 il dayanmalı, bundan sonra sökülməli idi. Lakin diqqətli qulluq sayəsində qüllə hələ də ayaqdadır və Fransanın simvollarından biri hesab edilir.
Qülləni hər il təxminən 6 milyon turist ziyarət edir. Bu, “Disneylend”, Luvr və Versal Sarayından sonra Fransada ən çox ziyarət edilən dördüncü mədəniyyət məkanıdır.