Ermənistan hücuma hazırlaşdığını elan etdi
Fransa artıq öz ordusunu ...
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Ermənistan sərhəddə yenidən təxribatlar törətməklə növbəti sifarişi icra edir. Amma bu dəfəki sifariş şimal qonşumuzdan yox, bir qədər Qərbdən, uzağa getsək okeanın o tayından da gəldiyini deyə bilərik. Proseslərin bu cür inkişafı İrəvanın Moskvadan qurtulmaq üçün bütün variantları nəzərdən keçirməyə başladığından xəbər verir.
Ermənistanın yenidən Azərbaycanla sərhəddə azğınlaşması da istisna edilmir ki, Ermənistan mövqelər ələ keçirmək, sərhəddə hərbi balansı müəyyən qədər də olsa dəyişmək və Qərbin təşkil etməyə çalışdığı danışıqlarda əlini gücləndirmək niyyətindədir. Təxribatın indi - ABŞ və Fransanın sərhəd üzərindən müzakirələr apardığı vaxt baş verməsi də məhz bu iddiaları gücləndirir.
Aydın görünür ki, İrəvan Azərbaycan ordusunun sərhəddə əvvəlki mövqelərə qaytarılması üçün ABŞ-dan, Qərbdən yardım alacağına böyük ümid bəsləyir. Görünür, artıq bununla bağlı Paşinyana və komandasına istər Parisdə, istər İrəvanda, istərsə də Vaşinqtonda müəyyən vədlər də verilib. Ermənistan baş nazirinin, XİN rəhbərinin, Təhlükəsizlik Şurasının sədrinin və eləcə də digər erməni diplomatların və siyasət adamlarının son açıqlamalarında arxayın, özünə inamlı və revanş xarakterli bəyanatlar səsləndirmələri deyilənlərin həqiqət olduğu barədə iddiaları artırır.
Beləcə, Ermənistanın son günlər sərhəddə xeyli fəallaşmasının əsl səbəbi növbəti dəfə məlum olur. Bununla rəsmi İrəvan vəziyyəti gərginləşdirərək Azərbaycanla sülhün mümkünsüz olduğu mənzərəsini yaradaraq beynəlxalq gücləri bölgəyə gətirmək üçün əlindən gələni etməyə davam edir. Bu məsələdə Ermənistanın ən böyük dəstəkçisi də elə ilk növbədə ABŞ və Fransadır.
Ermənistanın xüsusilə son günlər sərhəd istiqamətində silahlanmasını əks etdirən faktlar - Hindistandan alınan 270 milyon dollarlıq hərbi silah-sursat, raket kompleksləri onsuz da bu ölkənin ritorikasından əl çəkmək fikrində olmadığını, növbəti müharibə üçün ciddi hazırlıq gördüyünü düşünməyə əsas yaradırdı. Artıq bunu rəsmi olaraq Ermənistan tərəfi təsdiqləmiş də oldu.
Hətta Ermənistan 2023-cü ildə müdafiə büdcəsini 47% artıraraq 1 milyard dollara çatdıracağı ilə bağlı xəbərlər deyilənləri daha da təsdiqləmiş oldu.
Belə bir məqamda Ermənistan baş naziri silahlanmaq üçün 44 günlük müharibədəki taktikasına yenidən sadiqlik nümayiş etdirir: yenə ağlaşma, yenə hay-şivən ...
Ermənistanın baş naziri Nikol Paşinyanın “Bəzi ölkələr, o cümlədən Ermənistanın müttəfiqləri öncədən sifariş verilmiş yüz milyonlarla dollar dəyərində silah-sursatı tədarük etməkdən imtina ediblər” açıqlaması isə çox güman ki, daha çox Rusiyayla yanaşı eyni zamanda müharibə vaxtı Ermənistana müxtəlif çaplı silahlar satan Serbiya ilə Azərbaycan arasında post-konflikt mərhələsində diplomatik əlaqələrin yüksək səviyyəyə çatdırılmasının ardından rəsmi Belqradın İrəvanla hərbi əməkdaşlıq məsələsinə yenidən baxması məsələsindən irəli gələn narahatçılığı da hesab edilə bilər.
Amma Paşinyanın bu açıqlamasının əsl səbəbi nə Ukrayna ilə müharibədə özü silah çatışmazlığı ilə üz-üzə qalan Moskvanın hərbi sənayesini cəbhəyə yönləndirməsinə görədir, nə də Serbiyanın hərbi sənaye bazarında bəzi müştərilərə (Ermənistana) yenidən gözgəzdirməsi məsələsi ilə bağlıdır. Çox güman ki, Nikol belə bir açıqlama etməklə ilk növbədə beynəlxalq güclərin qarşısında özlərini aciz, köməksiz, gücsüz vəziyyətdə göstərərək hərbi sənayesinə Qərbdən və Amerikadan müxtəlif texnikaların, silah-sursatın axını üçün zəmin hazırlamaq məqsədi güdür.
O da şübhə edilmir ki, Paşinyanın bu açıqlamasının ssenarisi də məhz Qərbdən olan diplomatlarla məsləhətləşdirildikdən sonra ortaya çıxdı. Belə görünür ki, Paşinyana havadarlarının dəstəyi ilə belə bir hərbi yardım üçün əsas yaradılması izah edilib.
Təbii ki, bütün bunlar heç də Ermənistanın qara qaşına, qara gözünə aşiq olduqları üçün edilmir. Burada Qərbin və Amerikanın, eləcə də Hindistan, Yunanıstan və İranın öz maraqları əsas rol oynayır. Bunu təsdiq edəcək növbəti faktı elə “Vətəndaş müqaviləsi” partiyasının üzvü Qaqik Melkonyan açıqlayıb. O bildirib ki, Vaşinqton silah müqabilində Ermənistana KTMT-dən çıxmağı təklif edib:
“KTMT-dən çıxsaq, ABŞ bizə silah satacaq. Bu, onların ilkin şərtidir, bəli, KTMT-dən çıxmağımızı istəyirlər”.
Artıq “Vətəndaş Müqaviləsi” fraksiyasında Ermənistanın KTMT-dən çıxması və ya üzvlüyünün dayandırılması ilə bağlı müzakirələrin başlaması isə Qərbin və ABŞ-ın Ermənistan qarşısında son şərti deyil.
Ermənistanın son günlər sıx şəkildə Fransa və Amerika ilə gizli danışıqlarının pərdəarxası üzə çıxmaqdadır. Hakimiyyətə gəldiyi ilk gündən Kremlin orbitindən çıxmağı hədəflədiyi aydın görünən Nikol Paşinyanın sərhədə beynəlxalq sülhməramlı yerləşdirilməklə bağlı istəyi havadarları tərəfindən artıq dəstək qazanır. Artıq ilk olaraq Fransanın Ermənistandakı səfiri bildirib ki, bununla bağlı digər ölkələrlə də artıq danışıqlar aparılır. Bu o deməkdir ki, Fransa artıq öz ordusu ilə belə bir missiyanı icra etməkdə olduqca maraqlıdır. Belə bir bəyanatla ermənipərəst amerikalı konqresmenlərin də Co Baydenə müraciətinin olacağı istisna edilə bilməz.
Bu o deməkdir ki, Rusiyanın Gümrüdəki hərbi bazası (Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur – red.) ləğv edilməlidir. Çünki Rusiya heç vaxt Ermənistanda hərbi bazası olduğu halda ora ikinci, üçüncü bir qüvvənin ordusunun yeridilməsinə razı ola bilməz. Moskva da çox yaxşı anlayır ki, o beynəlxalq ordunun Ermənistana yerləşdirilməsinin ən başlıca səbəblərindən biri elə məhz Rusiyadır. Bunun üçün də Ermənistanın kəndiri boynuna keçirdiyini deyə bilərik.
Rəsmi İrəvan bölgədə sülhə təhdid olduğunu zatən Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlarla dəfələrlə təsdiq edir və etməkdədir. İndi isə Cənubi Qafqazı hərbi poliqona çevirmək niyyətini gizlətməyən Ermənistan bununla da həm Ukrayna cəbhəsində çətin vəziyyətə düşən Rusiyaya qalxmaması üçün son badalağı vurmağı düşünür, həm də Türkiyə və Azərbaycana qarşı revanş istəyini, ərazi iddiasından əl çəkməyəcəyini açıq-aydın bəyan edir.
“Əgər türklərin qarşısına savaşacaqları bir düşmən qoymasan, düşmənlərini özləri seçər” - bunu mən yox, hələ təxminən 10 əsr bundan əvvəl Roma kral sarayının başbilənlərindən biri deyib. İndi ermənilərin 100 illər öncə Türk Dünyasının ortasına bir xərçəng şişi kimi nə üçün gətirib yerləşdirildiyi məncə daha çox aydın oldu.
Amma Ermənistanın planları heç də arzuladığı şəkildə yekunlaşmayacaq. Moskvadan gələn son rəsmi bəyanatlar da deməyə əsas verir ki, Rusiya bölgəyə başqa dövlətlərin hərbi birliklərinin daxil olmasına heç bir vəchlə imkan verməyəcək. Gümrüdəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılması üçün isə Ermənistanın nə siyasi iradəsi, nə də hərbi potensialı var, Kreml qarşısındakı siyasi “nüfuzundan” isə heç danışmaq istəmirəm.
Mariya Zaxarova ötən gün keçirdiyi brifinq zamanı bildirib ki, İrəvanın KTMT-ni tənqidi faydalı bir iş deyil və nəticəyə heç bir təsiri yoxdur. Rusiya XİN-i hətta bəzi ölkələrin İrəvanla Bakı arasında dialoqda vasitəçilik etmək cəhdlərinə münasibət bildirib:
“Bu cür oyunçular bütün postsovet məkanında vəziyyəti sabitsizləşdirməyə çalışırlar. Bu son dərəcə təhlükəli və dağıdıcı xətdir”.
Zaxarovanın sözündən də anlaşılır ki, Rusiya Ermənistanın Qərblə qurduğu planların əsl məqsədindən xəbərdardır. Lakin Rusiya forpostu olan, uzun illər havadarlıq etdiyi Ermənistana belə asanlıqla “yiyə dəyişmək” kimi səlahiyyət vermək niyyətində deyil. Moskva yaxşı anlayır ki, Ermənistanın Qərb və ABŞ-la gizli sövdələşməyə getdiyi bu oyunla Rusiyanın regiondakı fəaliyyətini də neytrallaşdırmaq, manevr imkanını məhdudlaşdıraraq Kremlə ağır zərbə vurmağa yardım etməyə çalışır. Bunu bilən Moskvanın İrəvandan hesabı çox ağır ola bilər. Ermənistan isə Ukrayna deyil ki, Rusiya qarşısında bir neçə saatdan artıq tab gətirə bilsin.
Bir qədər konkretləşdirsək, ABŞ prezidenti Baydenin, daha sonra Nensi Pelosinin səsləndirdiyi sərsəm bəyanatlarda eyni zamanda Fransa dövlətinin sərgilədiyi qeyri – adekvat mövqe, Paşinyanın Makronla görüşdən sonrakı davranışları deməyə əsas verir ki, regionda savaş abu-havası hər gün daha da artır.
Ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyanın Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşü zamanı səslədirdiyi fikirlər rəsmi İrəvanın yeni müharibə hazırlığına başladığını təsdiq edir. O deyib ki, “Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var”. Arakelin sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir: “Biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik”.
Bu fakt bir daha sübut edir ki, Ermənistan Azərbaycan Ordusunu sərhəddə 12-13 sentyabr hərbi toqquşmalarından əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır. Bunu baş qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan jurnalistlərin “hansı cavab addımları atılacaq” sualını cavablandırarkən, rəsmi şəkildə açıqlayıb. Arakel Martikyan “Əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur” deməklə əslində daxili ictimai rəyi bu istiqamətə yönəldərək narazılıqları səngitmək məqsədi güdsə də, Azərbaycana hücum edəcəklərini açıq bəyan etməsinin böyük risk olduğunu nəzərə alsaq, demək ki, İrəvan ona verilən yeni vədlərə heç vaxt olmadığı qədər arxayındır.