vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ƏDƏBİYYAT  
12:28 | 18 noyabr 2022 | Cümə Məqaləyə 1045 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərkyana söz “davası

Yaxud xalq meydan teatrının bir göstərisi

TV-lərdə meyxana barədə akademik və uzun-uzadı müzakirələr nəyə gərəkdir? Tragikomediyadır vallah...

Ölkənin problemləri qalıb bir tərəfdə, ciddi  ifadə ilə “ay can alan can olacaq” qafiyəsinin ictimai-siyasi həyata təsiri barədə danışılır.

Azərbaycanda meyxana həmişə olub, heç daşqəlbli sovet rejimi belə bunun qarşısını ala bilmədi. 

Ağasəlimin, Nizaminin-daha kimlərin kasetləri əlaltda satılır, qulaq asılır, toyda dinlənirdi. 

Səhər də hamı çıxıb gedirdi işinə-gücünə...

Meyxana yüngül əhval üstündə söz deyişməsi, yalançı “hərbə-zorba”dır... Kişilərin məclis üstündə dinlədikləri zarafatyana və ərkyana söz “davasıdır”. Dedin, elə orda da qaldı...

Nizami Rəmzinin meyxanaları SSRİ-nin aşkarlıq dövrünə düşdü. O, qafiyələrində Azərbaycan xalqının azadlıq mübarizəsini tərənnüm edirdi. 

Bu da məşhur meyxanaçının bu prosesə töhfəsi idi. Nizamidən başqa daha heç kim bu xətti aparmadı. 

Meyxana xalq meydan teatrının bir göstərisidir. Meydan tamaşalarının isə heç vaxt akademik kültür iddiası olmayıb. 

Hərə öz yerində gözəldir.

Yoxsa ki, Puşkin elə gəldi, kultura belə getdi, gənclər oxumadı...