
“Uğursuz olduq”
Yunanıstan baş naziri bacarıqsızlığını etiraf etdi
Yunanıstan baş naziri bacarıqsızlığını etiraf etdi
Bu ölkədə tətil planlaşdıranlar ehtiyatlı olmalıdır
Adalar risk altındadır
Neft razılaşması Yunanıstanda panika yaratdı
Fövqəladə vəziyyət elan edildi, ada boşaldıldı
İçməli suda uran tapılıb
Yunanıstanda deputatının evinin önündə partlayış
İngiltərə və Yunanıstan qarşı-qarşıya
Başqasına aid qanın vurulduğu xəstənin sağ qalma şansı 5 faizdir
Yunanıstanda 25-44 yaş arasında tibb işçisi çatışmır
AB vəsaitlərinin ayrı-seçkilik xarakterli layihələr üçün istifadə edildiyi aşkarlanıb
Yunanıstanda kəşfiyyat işçilərinə atəş açan dəstə üzvlərinin axtarışı davam edir
Afina həyəcan təbili çalır: “Yerli əhalinin əziyyət çəkdiyi su qıtlığı, turist axını ilə dözülməz olacaq”
Ölkədə su böhranı böyüyür
42 faiz bir ölkənin payına düşüb
Evbeya adasında fövqəladə vəziyyət elan edildi
Yunanıstan parlamentinin Qurumlar və şəffaflıq komitəsi telefon dinləmələri qalmaqalına görə istefa verən baş nazirin baş katibi Qriqoris Dimitriadisi dinləmək üçün toplandı.
“Kathimerini” qəzetinin xəbərinə görə, Dimitriadis parlamentdəki müxalifət partiyalarının birgə tələbi ilə toplanan komitənin suallarını cavablandırıb.
Komitənin adlarının qalmaqala qarışdığını əsas gətirərək dinləməyə dəvət etdiyi iş adamları Feliks Bicyos, Yannis Lavranos və Tal Dilian müxtəlif səbəblərdən dəvətə müsbət cavab verməyib.
Müxalifət isə sözügedən iş adamlarının ifadələrini almaq üçün yenidən çağırılmasını tələb edib.
Dimitriadis iddiada adı çəkilən iş adamları ilə heç bir işgüzar görüşünün olmadığını və Yeni Demokratiya hakimiyyəti dövründə heç bir dövlət qurumunun casus proqram proqramları satın almadığını bildirdi.
Ana müxalifət partiyası olan Radikal Sol Alyansın (SYRIZA) lideri Aleksis Tsipras baş nazir Kiryakos Mitsotakisin parlamentə gələrək iddialara cavab verməsini istəyib.
Qeyd edək ki, yunan jurnalist Thanasis Kukakisin aprel ayında cib telefonunda casus proqram təsbit edilməsinin ardından gündəmə gələn skandal isəngimir. Mətbuatda əks olunan iddialarda, siyasi, media və iş dünyasından bir çox şəxsin telefonlarının “Predator” adlı casus proqram ilə dinlənildiyi iddia edilir.
Bəzi qəzetlər qalmaqala görə baş nazir Kiryakos Mitsotakisi günahlandırsa da, hökumət telefon dinləmələri ilə hökumətin heç bir əlaqəsi olmadığını iddia edir.