vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:17 | 17 dekabr 2022 | Şənbə Məqaləyə 7938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsası 20 il əvvəl qoyulan strateji

Yaxud dünyanın çağırışlarına uyğun siyasət

Vüqar ƏHMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rumıniyanın paytaxtı Buxarest şəhərində Yaşıl enerji üzrə strateji sazişin imzalanması ölkəmizin enerji sahəsində əldə etdiyi növbəti önəmli uğurlardandır.

Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan dövlət başçılarının iştirakı ilə imzalanan saziş Azərbaycanın enerji diversifikasiyası siyasəti və Avropanın enerji təhlükəsizliyi istiqamətində mühüm əhəmiyyət kəsb edir. İki mühüm akvatoriya olan Xəzər Dənizi və Qara Dənizini əhatə edən bu layihəni Avropa Komissiyasının prezidenti xanım Ursula Van der Leyn çox yüksək qiymətləndirib. Xüsusən indiki dönəmdə, Avropanın ciddi enerji böhranı yaşadığı, yaşıl, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi məsələsinin gündəmdə olduğu bir dönəmdə atılan bu addım Azərbaycanın xarici siyasətinin mühüm elementlərindəndir. 

Azərbaycan enerji sahəsində bu tərəfdaşlığın əsasını son 20 ildə icra etdiyi nəhəng enerji infrastrukturu layihələri ilə qoyub və Gürcüstan vasitəsilə ölkəmizin karbohidrogen resursları sabit şəkildə Avropaya nəql olunur. Təbii ki, burada mühüm məqamlardan biri Azərbaycanın Şərqi Avropa ölkələri, xüsusən Macarıstan və Rumıniya ilə qurduğu strateji əlaqələri qeyd etmək lazımdır. Məhz bu əlaqələr sayəsində şərqi Avropanın aparıcı ölkələri Azərbaycanın təmin etdiyi enerji mənbələrindən uğurla bəhrələnir. 

Məsələnin digər əhəmiyyətli tərəfi Azərbaycanın həm coğrafi baxımdan Avropanın qonşuluğunda yerləşməsi və zəngin karbohidrogen yataqlarına malik olması, eləcə də yaşıl və alternativ enerji sahəsində dünyanın çağırışlarına uyğun öz siyasətini qurmasıdır. Azərbaycan külək və günəş enerjisi ilə yanaşı, alternativ və bərpa olunan enerji sahəsində böyük potensiala malikdir və bu istiqamətdə atılan addımlar və qlobal enerji şirkətləri ilə icra olunan layihələr həm alternativ enerjiyə keçid baxımından, eləcə də bu sahədə əldə olunan gəlirlərin əhalinin rifahına yönəldilməsi baxımından olduqca əhəmiyyətlidir. 

İcra olunan bu layihələr həm Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu və ətraf mühitin qorunması sahəsində Avropada etibarlı tərəfdaş olduğunun göstəricisidir və bu hadisə bir daha ondan xəbər verir ki, regional enerji layihələri və alternativ enerjiyə keçid və Avropanın elektrik enerjisi ilə təminatı məsələsi xarici siyasətimizin əsas prioritetləri sırasında olacaq.