Trampı “fırıldaqçı” adlandırıb
İanə rekordu qırılan gün Pelosidən dəstək gəldi, Obamadan isə səs yoxdur
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ-ın vitse-prezidenti Kamala Harris, prezident Co Baydenin qəfil geri çəkilməsindən sonra partiyasının üzvlərindən aldığı dəstəklə, gələn noyabrda keçirilməsi planlaşdırılan prezident seçkilərində Donald Trampla rəqabət aparacaq Demokratlar Partiyasının namizədi olmaq üçün böyük irəliləyiş əldə etdi.
İlk seçki mitinqindəki çıxışında 78 yaşlı Trampı “fırıldaqçı” adlandıran Harris “seçkidə qalib gələcəyik” deyə vurğulayıb.
Harris ABŞ-ın Delaver əyalətində seçki kampaniyası komandası qarşısında etdiyi çıxışında “Növbəti 106 gün ərzində proqramımızı Amerika xalqına təqdim edəcəyik və qalib gələcəyik. Eniş-yoxuşlar olub, hamımızın bununla bağlı çox qarışıq hissləri var. Demək istəyirəm ki, Co Baydeni sevirəm”, – deyib.
Harris həmçinin ABŞ prezidentliyinə namizədliyi zamanı abort hüquqlarını seçki kampaniyasının mərkəzinə qoyacağına söz verib.
O, ilk seçki mitinqində, “Biz qadının öz bədənini idarə etmək hüququ üçün mübarizə aparacağıq. Əgər fürsət verilsə, Tramp bütün (ABŞ) ştatlarında aborta qadağa qoyacaq”, – deyib.
ABŞ prezidenti Co Bayden tərəfdarlarını bazar ertəsi gecə keçirilən prezident seçkilərində namizəd Kamala Harrisi dəstəkləməyə çağıraraq, yarışdan geri çəkilməyin düzgün qərar olduğunu müdafiə edib.
Bayden seçki komandası ilə görüşündə “Komandaya demək istəyirəm, məni onu dəstəkləyin. Harris ən yaxşısıdır”, – deyib.
Harris Netanyahu ilə görüşəcək
Vitse-prezidentin ofisindən verilən açıqlamaya görə, Harris bu həftə Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək.
Açıqlamada Harris-Netanyahu görüşünün ABŞ prezidenti ilə İsrail baş naziri arasında keçiriləcək görüşdən ayrı keçiriləcəyi bildirilib. Netanyahu dünən Qəzza zolağında müharibə davam edərkən ABŞ Senatında çıxış etmək Vaşinqtona getmək üçün yola düşüb.
Dünən Harris (59) Delaverdəki seçki qərargahına ilk səfərindən əvvəl Ağ Evdə keçirilən mərasimə rəhbərlik edib və unikal miras qoyduğunu söylədiyi Baydenə ehtiramını bildirdi.
Demokratik Partiyanın aparıcı simaları arasında Harrisi dəstəkləyənlərin sayının artması bəzi açıq ilkin seçki çağırışlarına baxmayaraq, Harrisin Demokratik Partiyanın prezidentliyə namizədi kimi təsdiqini sürətləndirə biləcək bir işartı yaratdı.
Demokratlar Partiyasının aparıcı simalarından olan Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb. Pelosi “X” platformasındakı hesabında yazıb: “Ölkəmizin gələcəyi üçün böyük qürur və hədsiz nikbinliklə, ABŞ-ın prezidentliyi üçün vitse-prezident Kamala Harrisi dəstəkləyirəm. Onun noyabrda bizi qələbəyə aparacağına tam inanıram”.
ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Nümayəndələr Palatasının bəzi üzvləri də Harrisə dəstəklədiklərini açıqlasalar da, keçmiş prezident Barak Obamadan hələlik heç bir açıqlama verilməyib.
Kampaniya donorları da toplaşaraq Baydenin namizədlikdən geri çəkilməsindən sonra 24 saat ərzində Harrisin kampaniyasına rekord məbləğdə 81 milyon dollar bağışlayıblar.
Seçki kampaniyası komandası bunun prezidentlik tarixində ən yüksək bir günlük ianə olduğunu və 888 min yerli donorun təxminən 60 faizinin ilk dəfə 2024-cü ildə ianə etdiyini açıqlayıb.
Harris dünən Ağ Evdə universitet idman komandalarında idmançılar üçün ziyafət verib. Ziyafətə qatıla bilməyən Bayden isə “Covid-19” səbəbiylə Delaver sahilindəki evində karantində olub.