
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
Bazar günü axşam sosial media hesabından prezidentlik yarışından çəkildiyini açıqlayan ABŞ prezidenti Co Baydenin səsi bu qərardan sonra ilk dəfə eşidilib. Baydenin geri çəkilmə bəyanatında dəstəyini açıqladığı vitse-prezident Kamala Harris bazar ertəsi axşam Delaver ştatının Uilminqton şəhərində seçki kampaniyası komandası ilə görüşüb.
Harris podiuma çıxmazdan əvvəl Co Bayden telefonla komandaya müraciət edib. “Covid-19” yoluxduğu üçün Delaverdəki bağ evində dincəldiyi açıqlanan Bayden, “Dünənki xəbərin təəccüblü olduğunu və çətin olduğunu bilirəm, amma bu doğru addım idi”, – deyib.
“Bülletendəki ad dəyişsə də, missiya heç vaxt dəyişməyib. Yeri gəlmişkən, mən də heç yerə getmirəm. Bu kampaniyada onunla, Kamala ilə olacam. Adım seçki bülletenində olmasa da, bu işlə tam məşğul olacağam”.
81 yaşlı Bayden Harrisə bütün məsələlərdə dəstək olacağına söz verdikdən sonra Respublikaçılar Partiyasının namizədi Donald Trampı məğlub etməyin vacibliyini də vurğulayıb.
Duq Emhof həyat yoldaşı Harrisi səhnəyə çağırmaq üçün podiuma gələndə Bayden hələ də telefonun digər ucunda idi. Harris çıxışına başlayarkən ABŞ prezidenti “Mən səni izləyirəm, qızım, səni çox sevirəm”, – deyib.
Demokratlar Partiyasının prezidentliyə namizədi olacağı gözlənilən Harris əllərini ürəyinin üzərinə qoyaraq cavab verib.
Bu telefon zəngi ilə Bayden həm Harrisə dəstəyini təkrarladı, həm də onun öldüyünə dair sui-qəsd nəzəriyyələrini puç etdi.
Geri çəkilmə bəyanatından sonra ABŞ prezidentinin cansıxıcı və ya ölü vəziyyətdə olduğu və bəyanatdakı imzasının saxta olduğu iddiaları irəli sürülüb.
Məsələn, milyarder Trampın tərəfdarlarından Bill Akman, “Əgər bu girovluq vəziyyəti olsaydı, o məktub onun sağ olduğuna dair sübut kimi göstərilməzdi”, – deyib.
“Turning Point USA” adlı mühafizəkar gənclər təşkilatının qurucu direktoru Çarli Kirk də Las Veqas polisinin ABŞ prezidentinin geri çəkilmə bəyanatından əvvəl təcili sağlamlıq müdaxiləsinə ehtiyacı olduğu üçün küçələri bağladığını iddia edib.
Rəsmi açıqlamalara görə, çərşənbə günü Las Veqasa seçki səfəri zamanı “Covid-19” yoluxan Bayden o vaxtdan bəri Delaver ştatının Rehobot şəhərindəki bağ evində dincəlir.
Dünənki çıxışında Kamala Harris, “Prezidentimiz bu gün bizimlə olmaq istədi. O, özünü daha yaxşı hiss edir, tez sağalır və yenidən yola çıxmağı səbirsizliklə gözləyir”, – deyib.