

XİN xalqın iradəsinə hörmət edilməsini istəyib
Nazirin istefasından sonra prezidentin evinə basqın edildi
Peruda quş qripindən 10 mindən çox qutan ölüb
Konqresdə 28 – may Respublika Günü ilə bağlı sənəd qəbul edilib
Nazir qonşu ölkənin prezidentini «it», «əl tulası» adlandırıb dedi
Putin və Obama sonuncu dəfə Peruda görüşdü
Ramil Ziyadov 3 ilə 45 min km məsafə qət edib (fotolar)
İnka qəbiləsinin 6,5 min yaşlı sənət əsəri
«Azərbaycanlılara qarşı dəhşətli qətliam baş verib»
Perunun paytaxtı Limanın yaranmasının 490-cı ildönümü ötən gün mərasimlərlə qeyd olunub. İspan konkistadoru Fransisko Pizarronun 20 ildən çox əvvəl götürülən heykəli Limanın mərkəzi meydanı olan Plaza de Armasa qaytarılıb.
Bürünc heykəlin açılışında Lima meri Rafael Lopez, həmçinin Madrid Muxtar İcmasının prezidenti İzabel Diaz Ayuso və Pizarronun İspaniyadan olan varisləri iştirak ediblər.
Diaz Ayuso bu mərasimlə “təkcə bir şəhərin doğulmasını deyil, həm də dünyanı əbədi olaraq dəyişdirən tarixi görüşün başlanğıcını” qeyd etdiklərini söyləyib.
Yaxınlıqda onlarla perulu etiraz aksiyası keçirib. Adının çəkilməsini istəməyən fəallardan biri “Bu cinayət, Peruda, Latın Amerikasında və bütün dünyada yerli əhalinin hüquqlarına qarşı cinayətdir”, – deyib.
Qalib mənasını verən “konkistador” sözü Latın Amerikasını müstəmləkə edən ispan tədqiqatçılar, əsgərlər və ya macəraçılar üçün istifadə olunur. İspaniya Krallığı İnka İmperiyasını məğlub edib bölgəni ələ keçirəndə Pizarro Lima şəhərini qurub.
Yerli sakinlər onun mədəniyyətlərini məhv edən kütləvi qatil olduğunu təkid edirlər. Heykəlin tərəfdarları isə iddia edirlər ki, Peru öz tarixini silməməlidir.
Amerikalı Çarlz Ramsi tərəfindən hazırlanmış və Pizarronu at üzərində qılıncla göstərən heykəl mərhum heykəltəraşın həyat yoldaşı tərəfindən şəhərin yaranmasının 400-cü ildönümündə Peruya hədiyyə edilib.
Artan tənqidlərdən sonra konkistador heykəli 2003-cü ildə şəhər mərkəzindən kənarda qatar relslərinin yanındakı parka köçürülmüşdü.
Tarixi şəhər mərkəzinin bərpası ilə məşğul olan Luis Boqdanoviç qatarların yaratdığı titrəyişlərin heykəli zədələdiyini vurğulayıb.