
6 ayda 12 mindən çox şirkət çöküb
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Baş nazir Merz və nazirlərin mobil nömrələri internetdə yayıldı
Ekspertlər siyasəti günahlandırır
Sentyabrın 11-də ölkə boyu həyəcan siqnalı sınaqdan keçiriləcək
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
Avropada sığınacaq müraciətləri azaldı
Məhkəmə sərt reaksiya göstərdi
Xalqın böyük əksəriyyəti yeni bir himnə və bayrağa qarşıdır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Üç nəfərin mübahisəsində biri xəstəxanalıq olub
Almaniya kansleri Olaf Şolz çərşənbə axşamı bildirib ki, Donald Trampın “ən yaxşı dostu” İlon Maskın Avropadakı radikal sağçı siyasi partiyalara açıq dəstəyi “həqiqətən iyrəncdir” və demokratik inkişafa maneədir.
Şolz, sağçı Alternativ Almaniya Partiyasının (AfD) seçki kampaniyasında etdiyi son şərhlərə görə dünyanın ən zəngin adamını tənqid etdi.
Tədbirdə Mask almanları Holokostda 6 milyon yəhudinin qətlini ehtiva edən keçmişin günahını aradan qaldırmağa çağırıb.
Vəzifəyə gəldikdən sonra Trampa çox yaxın olan Mask həmçinin digər mübahisəli siyasi fiqurların, o cümlədən Stiven Yaksli-Lennon kimi tanınan İngiltərə Müdafiə Liqasının keçmiş lideri Tommi Robinsonun da arxasında dayanıb. O, həmçinin Böyük Britaniya İşçi Partiyası hökumətinə və onun lideri Ser Keir Starmerə hücum etdi.
Dünən Berlində bir kampaniya tədbirində danışan Şolz, “SpaceX” patronunun əvvəlki hücumlarına baxmayaraq, Maskın bu cür təşkilatlara dəstəyinin getdikcə daha aydın olduğunu və onu narahat etdiyini söylədi.
“Reuters”ə açıqlama verən Şolz, “Yeni olan odur ki, o, bütün Avropadakı sağçı siyasətçilər adından müdaxilə edir. Bu, həqiqətən də iyrəncdir və bütün Avropa İttifaqında demokratik inkişaf üçün pisdir”, – deyib.
Şənbə günü Mask AfD kampaniyası tədbirində video bağlantısı vasitəsilə sürpriz bir çıxış edib və iştirakçılara “keçmiş cinayətlərə çox diqqət yetirildiyini” və “bunun aradan qaldırılması lazım olduğunu” söyləyib.
Şənbə günü partiya lideri Elis Ueydel ilə birlikdə radikal sağçı kütləyə müraciət edən amerikalı milyarder deyib ki, “uşaqlar ata-babalarının, hətta ulu babalarının da günahında günahkar olmamalıdırlar”.
Şolz bu sözlərə istinad edərək, “Mən İlon Maskın Almaniyanın tarixi haqqında söylədiklərini tamamilə tənqid edirəm”, – deyən Şolz “ölkəsi keçmişinə görə məsuliyyət daşımağa davam edəcək”, – əlavə edib.
Şolz, “Avropada keçmişdə almanlar tərəfindən bu qədər yəhudi və digər insanların öldürülməsi tarixi məsuliyyətdir”, – deyib.
İki gün əvvəl Auşvitsin (“Auschwitz”) azad edilməsinin 80-ci ildönümünü qeyd edilib və nasist Almaniyasının vəhşiliklərindən sağ çıxanlar Polşanın cənubunda keçirilən anım mərasimlərində dünya liderləri və kral ailələri ilə birlikdə iştirak ediblər.
Bir həftə əvvəl, Trampın andiçmə mərasimi günü Mask səhnədəki çıxışı zamanı bir çoxlarının nasist salamına bənzətdiyi jestdən sonra böyük əks-səda doğurdu. O, bu cür ittihamları qətiyyətlə rədd edib.