vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜBHƏM  
23:42 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3,6 bal zəlzələ gücündə partlayış

Hadisə nəticəsində 295 nəfərin öldü, 460-ı yaralandı və bir kəndin tamamilə dağıldı

Y.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 17-dən 18-ə keçən gecə Nişapurdakı Əbu Müslüm stansiyasında 51 vaqondan ibarət qatar maşinistsiz hərəkətə gəldi. Enişlə 20 km hərəkət edən vaqonlar Xəyyam kəndi yaxınlığında relsdən çıxaraq aşdılar. Yanğın başladı.

Qatardakı 11 vaqon boş idi. 17 vaqonda kükürd, 6 vaqonda benzin, 7 vaqonda nitratlı gübrə, 10 vaqonda da pambıq vardı. İlk üç maddə partlayıcı maddə komponenti sayılırlar. Xüsusən kükürd və nitrat təhlükəli qarışıq yaradır. Pambıq da ki, tezalışan maddədir. Amma İrandakı təsnifata görə, bu maddələr təhlükəli sayılmırdılar.

Qatar hərəkətə başlayandan müəyyən təhlükəsizlik tədbirləri görülmüşdü. Üzbəüz hərəkət edən iki sərnişin qatarı təhlükəsiz yola ötürüldülər. Yanğınsöndürənlər hazır vəziyyətdə idilər və tələsik hadisə yerinə gəldilər. Ətraf əhatəyə alındı ki, kənar şəxslər hadisə yerinə yaxınlaşmasınlar.

Yanğınsöndürənlər tezliklə yanğının söndürüldüyünü dedilər və təhlükəsizlik tədbirləri götürüldü. Ətrafa xeyli adam yığıldı. Onların arasında Nişapurun rəsmi şəxsləri də vardı. Bu zaman isə tökülən suyun da köməyi ilə gizli kimyəvi reaksiya gedirmiş.

Birdən çox güclü, sonradan 180 ton trotil ekvivalentində qiymətləndiriləcək partlayış baş verdi. Əsəsən yanğınsöndürənlər və polis olmaqla 295 nəfər həlak oldu, 460 nəfər yaralandı. Ölənlər arasında Nişapur rəhbərliyindən də vardı. Xəyyam kəndi dağıldı. Seysmoloqlar 3,6 bal gücündə titrəyiş qeydə aldılar. Partlayışın səsi 100 km-dən artıq məsafədə eşidildi. Dəyən zərər 300 milyard rial qiymətləndirildi. Bu, cəmi 2 ay əvvəl güclü Bam zəlzələsi (34 min adam ölmüşdü) yaşamış İrana daha bir ağır zərbə oldu.

Qatarın yerindən tərpənməsinin mümkün səbəbi kimi əvvəlcə yeraltı təkanlar göstərildi. Sonra bu versiya əsassız sayıldı. Səbəb tapılmadı. Bəd niyyət də istisna deyildi. 12 dəmiryol işçisi ehtiyatsızlıq və məsuliyyətsizlik ittihamı ilə məhkəmə qarşısına çıxarıldı. Onlardan 10-u müxtəlif həbs cəzasına məhkum edildi, 2 nəfər bəraət aldı.

Bir neçə aydan sonra parlament Yollar və nəqliyyat naziri Əhməd Xorrama etimadsızlıq göstərərək istefaya göndərdi. Hadisə islahatçı prezident Məhəmməd Hatəmi hökumətinin nüfuzuna böyük zərbə vurdu.