vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MÜBHƏM  
19:17 | 25 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Marksist islamçı...

Fars-molla rejimi İnqilab edib şahı devirən adamın 3 il sonra özünü devirdilər

Y.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

“İran xalq mücahidləri təşkilatı”nın (sazman-e mojahedin-e khalq-e İran) liderlərindən biri Musa Xiyabani 1947-ci il sentyabrın 29-da Təbrizdə türk ailəsində anadan olub. Tacir atasının Təbriz bazarında dükanı vardı.

Musa Tehran universitetinin fizika fakültəsində təhsil alıb. Təxminən 20 yaşında “xalq mücahidləri”nə qoşulur. 1960-cı illərin sonlarında Livana gedərək Fələstin düşərgələrində partizan və gerilya mübarizəsi üsullarını öyrənir.

İrana qayıtdıqdan sonra 1972-ci ildə həbs olunur. Nə qədər həbs cəzası alması barədə müxtəlif fikirlər səslənir, amma 1978-ci ilin sonlarında, inqilabi hərəkatı zəiflətmək üçün şahın verdiyi amnistiya nəticəsində azadlığa çıxır.

Həmin vaxt onunla bərabər məhbus olan ayətullah Tələqani deyirdi: “Mücahidlərin adı gələndə müstəntiqlər özlərinə nəzarəti itirirdilər. Onlar Musa Xiyabaninin adından qorxurdular”.

O, həbsdə olarkən mücahidlərin rəhbərliyi marksizmə meyl edir. Amma Musa inanclı müsəlman idi, məhərrəm təziyələrində ürəkdən iştirakı ilə məşhur idi. Hətta “Aşuranın azadlıq fəlsəfəsi” adlı broşüra da yazmışdı. O və Məsud Rəcavi həbsdən çıxandan sonra təşkilat yenidən sol islamçı mövqe tutur. Bu dövrdə Musa Xiyabani təşkilatın ikinci, onun hərbi qanadının isə birinci adamı olur.

İnqilabdan sonrakı ilk dövrlərdə solçular və Xomeyni tərəfdarları müttəfiq idilər. Əgər ABŞ səfirliyinin tutulmasını liberallar və demokratlar pisləmişdilərsə, solçular bu məsələdə dindarlarla həmrəy idilər.

Fars-molla rejimi liberalları məhv edənsən sonra növbə solçulara çatdı. Təşkilatın rəhbəri olan Məsud Rəcavi İslam Respublikasının ilk prezidenti Əbülhəsən Bənisədr ilə bir təyyarədə ölkədən qaçdı. Xiyabani isə ölkədə qalaraq mübarizəsini davam etdirdi. O, gizli fəaliyyətə keçmişdi.

1982-cil fevralın 8-də hökumət qüvvələri onun Tehranın Zəfəraniyə məhəlləsində gizləndiyi yeri müəyyən edərək ora hücum etdilər. Üç saat sürən atışmadan sonra Musa Xiyabani və silahdaşları, eləcə də hamilə arvadı Azər Rezai öldürüldülər.