vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
QƏZA, FACİƏ  
08:15 | 20 iyun 2014 | Cümə Məqaləyə 2526 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

FHN-çilər gecəni yatmayıb

Xilasedicilər uşağı, yanğınsöndürənlərsə bazarla yeməkxananı xilas edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Gəncənin Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.


Vaxt.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən xüsusi alət və avadanlıqlar vasitəsi ilə daxil olublar və giriş qapısını açıblar.

Nəzarətsiz qalmış uşaq yaxınlarına təhvil verilib.

***

Astara rayonundan 20 km aralıda yerləşən Pensər kəndində sahibi məlum olmayan, həftə bazar kimi fəaliyyət göstərən bazarın ərazisində ümumi sahəsi 8 kv.m olan dəmir köşkün içindəki satış malları yanıb. Yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb. Hadisə gecə saat 2-də sona çatdırılıb.

***

Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan yeməkxananın mətbəxinin 60  kv.m-lik lambir tavanı və 5 kv.m-dəki mətbəx əşyaları yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın səhər saat 6-da söndürülüb.

***

Bakının Yasamal rayonunda ümumi sahəsi 25 kv.m olan daş konstruksiyalı tikilinin içərisindəki yarımstansiyanın elektrik kabelləri və 3 ədəd elektrik sayğacları yanıb. Yanğınsöndürənlər yarımstansiya mühafizə edə biliblər. Yanğın saat 18:20-də tamamilə söndürülüb.

***

Ağcabədi rayon mərkəzindən 26 km aralı Qaradolaq kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış dörd ton ot bağlamasının bir tonu yanmışdır. FHN əməkdaşları 3 ton bağlamanı yanmaqdan qurtarıblar. Saat 21-da alovun qarşısı tamamilə alınıb.