

576 mənzildən ibarət 12 binalıq şəhərcik şəhid ailələri və müharibə əlillərinin istifadəsində
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
Azərbaycanın postmüharibə dövrü siyasətinin nəticələri
Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq
Rusiyaya verilən mesaj və Brüsselin müsbət vasitəçiliyi...
Heç bir müşavirədə tapşırıqlar siyahısı bu qədər böyük olmamışdı
Prezident İlham Əliyev: “İlk növbədə, yaşayış binaları inşası olunmalıdır”
Dövlət başçısı: “İndi isə biz heç kimdən asılı deyilik”
Prezident İlham Əliyev: “Bərpaolunan enerji növlərini 30 faizə artırmalıyıq”
Prezident İlham Əliyev: “Orduya nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq”
Azərbaycan Prezidenti: “Qarabağı da, Zəngəzuru da nümunəvi bölgə kimi quracağıq”
Prezident: “Azərbaycan dövləti sülhün və təhlükəsizliyin təminatçısıdır”
Birinci vitse-prezidenti Mehriban Əliyevanın bayram paylaşımı
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir”
... bir şəhərə dəyərsə, bu qədər gözəlləşə bilər
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür
Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz musiqisindən ibarət konsert təşkil olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə iştirak edib.
Vaxt.az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində davam edən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 11-də şəhərin Festivallar sarayında, açıq səma altında gənc cazmen İsfar Sarabskinin konserti təşkil olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konsertdə iştirak edib.
Caz ifaçısı kimi tanınan Əməkdar Artist İsfar Sarabskinin konserti Kann şəhərinin sakinlərinə və qonaqlarına xoş ovqat bəxş edib, Azərbaycan mədəniyyət günlərinə daha bir çalar qatıb. Kannda musiqi janrları arasında sərbəstliyi ilə seçilən müstəqil, yüngül, eyni zamanda dərin və mənalı caz sədaları səslənib. Bu gecə Azərbaycan məhz bu musiqinin təqdimatı ilə növbəti dəfə Kannın qəhrəmanı olub.
Caz musiqisinin virtuoz ifaçısı İ. Sarabskinin çıxışı Kann sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Ölkəmizdə çox dərin caz ənənələri var. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır.
Ölkəmiz Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında müstəqillik və eyni zamanda milli ab-havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir musiqi janrı dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam üslubudur.
Beləliklə, Azərbaycan Kann tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxıb. Bu gecə Kann şəhərinin ruhunda heç bir qaydalara tabe olmayan, öz qanunları ilə yaşayan və yalnız improvizasiyanı hər şeydən üstün tutan caz ritmləri hökm sürüb.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.