«Nişan alıb, tətiyi sıxdım»
«Gördük iki M-24 düz üstümüzə gəlir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Duman və artıq çəki
Rəsmi mənbələr Rəisiyə məxsus helikopterin qəzaya uğramasına səbəbləri açıqladı
-
Gələcəyin helikopterləri ...
“Apache”lər “Comanche”lər kimi tarix olur
-
Rusiya 6 təyyarə, 2 helikopter itirdi
Aerodroma hücum zamanı 10 əsgər yaralanıb
-
«Texnikanı daşıdıq ki, Azərbaycan ordusuna qalmasın»
Anatoli Zolotuxin: «Gördüm müdafiə naziri gəlir, vertolyotlara «qalx» əmri vedim...»
-
Helikopterli toy korteji...
Beləsini görən olmaylb
-
«OSA» ilə sui-qəsd
Ermənilər raketlə Zakir Həsənovun vertolyotunu vurmaq istəyirdi
-
ABŞ sürətlə «qan itirir»
Dünyanın ən qüdrətli ordusunun inanılmaz problemləri
-
Ordu hazır vəziyyətə gətirildi
60 min əsgər, 50-dən çox təyyarə və helikopter «Döyüşə!» əmri gözləyir
-
Ohanyandan etiraf
«Ordumuz bu il çox itki verdi...»
-
«Az-cox biliyi olan ...»
Müdafiə Nazirliyi: «O helikopterdən cəsəd götürmək mümkün deyil...»
-
MN uydurma adlandırdı
«Helikopter vurulan ərazi tam olaraq Ordumuzun nəzarətindədir»
-
«Serj Sərkisyanın növbəti özünüifşası»
Erməni prezident nəinki Azərbaycan ərazisindəki, hətta ölkəsindəki cinayətlərini də ört-basdır edə bilmir
-
Ermənistan vertolyotu vuruldu
Düşmən texnikası əsgərlərimizin nəzarətindəki əraziyə düşüb
-
Rusiyada helikopter düşdü
17 nəfər öldü
-
Bir neçə gün öncə cəbhə xətinndə Ermənistana məxsus helikopteri vurması ilə gündəmə gələn həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri İlkin Muradov «Azərbaycan Ordusu» qəzetinə müsahibə verib.
Vaxt.az xəbər verir ki, İ.Muradov müsahibəsində erməni helikopterlərinin Azərbaycan mövqelərini atəşə tutduğunu qeyd edib.
«Mən start mövqeyində hazır dayanmışdım. Əvvəlcə uzaqdan düşmən helikopterlərinin səsini eşitdik. Sonra hədəflərin nöqtə kimi qaraltılarını binokldan müşahidə etdik. Gördük iki M-24 tipli helikopter düz üstümüzə gəlir.
Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfi məhv edək. Helikopterlər səngərlərimizin üzərinə sürətlə yaxınlaşaraq mövqelərimizi atəşə tutdular və postlarımıza zərbə endirdilər. Ön xətdəki döyüşçülərimiz də avtomat və pulemyotlardan düşmənin texnikalarını atəşə tutdular və bu zaman onlar sola istiqamət götürdülər. Mən dərhal arxada uçan helikopteri nişan alıb, tətiyi sıxdım».
Manqa komandiri İlkin Muradov ailəsi bağlı məlumatları da paylaşıb:
«Valideynlərim sadə kənd adamlarıdır, atam təsərrüfat işlərilə məşğuldur. Məni hərbi xidmətə gətirən Azərbaycan əsgərinin geyiminə sevgim olub. Əsgər kimi 2008-2010-cu illərdə xidmət etmişəm. 2012-ci ildə isə yenidən orduya qayıtmaq fikrim olub. Ancaq atam xəstə olduğuna görə və sənədləri vaxtında düzəldib təqdim edə bilmədiyimə görə o vaxt mümkün olmadı».
İ.Muradov qeyd edib ki, nəhayət 2014-cü ildə xidmətə müddətə müddətdən artıq hərbi qulluqçu kimi götürülməsi barədə yenidən komandanlığa müraciət edib. İki ay kurs keçdikdən sonra zenitçi ixtisasına yiyələnmiş İlkin Muradov hərbi hissədə iyuldan fəaliyyət göstərir. Artıq 5aydır ki, hərbi hissədə qulluq edir.