vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
19:31 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3569 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə məhz ət və süd vergisi?

Onda insanlar yalnız həftədə bir dəfə heyvani qidalar yemək qənaətinə gələcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal miqyasda ilk dəfə olaraq aparılan təhlillər göstərib ki, ətə və südə əlavə vergi qoyulması nəinki karbon qazı emissiyalarını ciddi şəkildə azalda bilər, bu hətta daha sağlam pəhrizə görə milyonlarla insanın həyatını xəstəliklərdən qoruya bilər.

Oksford Universitetindən olan tədiqiqatçılar qrupu bildirir ki, ətə 40, südə isə 20 faiz əlavə vergi qoyulması bu məhsulların hasilə gətirilməsi zamanı ətraf mühitə dəyən ziyanı tamamilə ödəyə bilərdi.

«The Giurdian» yazır ki, belə vergilər adamları bu ərzaq məhsullarından çəkindirər və beləliklə də emissiya və xəstəliklər azalardı.

Məqalədə deyilir ki, yeyinti məhsuilları sənayesi qlobal istiləşməni şərtləndirən istixana qazlarının dörddə bir hissəsini emissiya edir.

Oksford Universiteti «Gələcək Ərzağa dair Martin Proqramı»nın rəhbəri Marco Sprinqmann deyib ki, «biz istehlak etdiyimiz ərzaq barədə ölçü götürməsək qlobal istiləşmənin qarşısını almaq mümkün olmayacaq».

«Amma əgər mal ətinə 40 faiz vergi qoyulsa, sən onu yalnız həftədə bir dəfə yemək qənaətinə gələ bilərsən» - deyib professor.

«Nature Climate Change» elmi jurnalında dərc olunmuş təhqiqat nəticələri hesabatında təklif edilir ki, hər bir ərzaq malına onun istehsalı zamanı ətraf mühitə dəymiş ziyanın pul ölçüsü ilə əlavə vergi qoyulsun.

Alimlər yazırlar ki, meşələrin qırılması və metan qazı emissiyalarının artması bilavasitə maldarlıqla bağlıdır. Buna görə də mal ətinə 40 faiz vergi qoyulması təklif edilir.

Hesabatda vergi yüksəlişi ilə bağlı yoxsul ailələrə kompensasiya verilməsi də təklif olunur.

Alimlər inanırlar ki, əlavə vergi istixana qazı emissiyalarını ildə 1 milyon ton azalda bilər. Sprinqmann bildirir ki, indiyədək qlobal istiləşməyə qarşı mübarizədə adamların ərzaq məhsullarının istehsalı barədə biliklərinin artırılması kimi maarifləndirmə metodundan istifadə edilməməsi təəssüf doğurur.

Sprinqmann bildirib ki, ərzağa qoyulan əlavə vergidən götürülən gəlirin bir hissəsi insanların sağlam pəhrizinin təşkilinə xərclənə bilər.

Alim deyib ki, Danimarkada ərzaq mallarının tərkibindəki doymuş piylərə qoyulmuş əlavə vergi bir ildən sonra ləğv edilib. Lakin Meksikada şəkərə qoyulan əlavə vergi çox uğurlu olub. Bu vergidən büdcəyə gələn əlavə pullardan məktəblərə pulsuz içməli su verilib.

Maraqlıdır ki, istehsalı ətraf mühitə ən böyük ziyan vuran ərzaqlar bir qayda olaraq həm də ziyanlı qidalardır.

Alimlər israr edirlər ki, mal ətinə və südə qoyulmuş əlavə vergi insanları daha sağlam qidalanmaya sövq edə bilər.

Beləliklə insanlarda qidalanma ilə əlaqədar xəstəliklərin sayı azalar.

Bununla da ətraf mühit vergiləri insanları daha sağlam edə bilər.

Araşdırmadan bəlli olub ki, iqlim vergisinin qoyulması Avropa, ABŞ və Avstraliyada il ərazində baş verən 500 min erkən ölümün qarşısını ala bilər.

Lakin Londondakı «Chatham House» analitik mərkəzindən araşdırma direktoru Rob Beyli deyir ki, ərzaq vergisini tətbiq etmək heç də asan olmayacaq, çünki bu, siyasi məsələdir. Əksər hökumətlər əhalinin qidalanma vərdişlərinə qarışmaq istəmirlər.

Beyli deyib ki, adamların əksəriyyəti hələ də pəhrizlə iqlim dəyişikliyi arasındakı birbaşa əlaqəni görməkdə çətinlik çəkir.

Araşdırma nəticələrinə görə ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması üçün qoyun ətinə 15, toyuq ətinə 8, 5, donuz ətinə 7 və yumurtaya 5 faiz əlavə vergi qoyulmalıdır.

«The Guardian» yazır ki, əslində orta hesabla dünya ölkələrində elə ərzaq məhsullarına qoyulmuş vergi bu civardadır, lakin Latın Amerikası kimi regionlarda mal əti daha çox yeyilir.

Springmann bildirib ki, ərzaq istehsalının ətraf mühitə təsirinin qarşısının alınması üçün yol tapılmalıdır.

«Ya bizim iqlim dəyişikliyimiz, ürək xəstəliklərimiz, diabet və piylənməmiz olacaq, ya da biz gərək qidalanma sisteminə əncam çəkək» - deyib alim.