vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SƏRGİ  
21:58 | 24 sentyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 2935 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sultanın istəklisi» qonaqdır

«Kukla» art qalereyasında...

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 24-də «Kukla» art qalereyasında kuklaçı-rəssam Elmira Abbaslının «Sultanın istəklisi» adlı əl işinin təqdimatı olmuşdur. AzərTAc xəbər verir ki, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə qalereyanın rəhbəri Lalə Kazımova kuklaçı-rəssam Elmira Abbaslıya əsərini qalereyada sərgilədiyi üçün təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, Elmira Abbaslı bu incəsənət növündə işlər hazırlayan istedadlı rəssamdır.

Sonra çıxış edən Elmira Abbaslı vurğulamışdır ki, onun əsəri «Kukla» art qalereyasında ilk dəfə təqdim olunur. Kuklaçı-rəssam sərgilənən əsərin yeni iş olduğunu nəzərə çatdırmışdır. Bildirmişdir ki, «Sultanın istəklisi» adlanan əl işini hazırlamaq ideyası üç il bundan əvvəl yaranıb və bir ilə ərsəyə gəlmişdir. Vurğulamışdır ki, insanlar bu sərgiyə təkrar-təkrar gələcəklər və hər dəfə yeni, görmədikləri bir məqam tapacaqlar.
Elmira Abbaslı incəsənətdə kukla sənətinin qədim zamandan mövcud olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, bu sənətlə 1983-cü ildən məşğuldur. Qeyd etmişdir ki, hazırladığı kuklalar beynəlxalq sərgilərdə iştirak edə biləcək səviyyədədir.
Rəssam saray mövzusuna, Şərq üslubuna həmişə maraq göstərdiyini söyləyərək vurğulamışdır ki, bu əsərindən əvvəl «Şah» və «Şəhrizad» işlərini hazırlamışdır və «Sultanın istəklisi» əsəri bir növ onların davamıdır.
Nəzərə çatdırılmışdır ki, sərgidə bu əsərlə yanaşı, mücrü və güzgülər də yer almışdır.
Sərgi noyabrın 1-dək davam edəcəkdir.