“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
21:23 | 1 iyun 2017 | Cümə axşamı
Məqaləyə 1212 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada çörəyin içindən çıxan qorxutdu
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Mayın 29-da Rusiya prezidenti Vladimir Putin Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronla görüşmək üçün Parisə səfər edib. Makron və Putin arasında iki ölkənin əməkdaşlığı, Suriya və Ukrayna məsələləri müzakirə olunub. Liderlər Suriya və Ukraynada münaqişənin qarşısının alınması üçün birgə çalışmaq barədə hazır olduqlarını bildiriblər. Eurasia Diary Rusiya və post-Sovet ölkələri üzrə ekspert Rəhim Rəhimovdan Makron-Putin görüşməsi haqında müsahibə götürüb.
- Versal sarayında Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. İki lider Suriyada terror təşkilatlarının zərərsizləşdirilməsi və Ukrayna məsələsi ilə bağlı müzakirələr aparıb. Sizin fikrinizcə, prezident Makron Suriya və Ukraynada müharibənin qarşısını almaq və vəziyyəti sabitləşdirmək üçün Vladimir Putinlə əməkdaşlıq edə bilərmi?
- Hər şeydən öncə bildirmək istəyirəm ki, görüşün 2016-ci ilin oktyabrında eks prezident Fransua Olland və Vladimir Putin arasında təşkil olunacağı gözlənilirdi. Lakin Putin Fransaya səfərdən imtina etdi. Səbəbi isə Ollandın Rusiyanı Suriyanın Hələb şəhərində müharibə cinayətləri törətməkdə günahlandırmasıdır. Makronun Rusiya lideri ilə görüşmək planı yox idi. Suriya və Ukrayna münaqişəsi məsələlərində Rusiya və Fransanın mövqeyləri arasında xeyli fərqlər var. Bir görüş ilə bu fərqləri həll etmək mümkün deyil. Suriya və Ukrayna münaqişəsində iki dövlət hələ razılığa gəlməyiblər.
- Putinin Makron ilə görüşməsi Rusiya çarı Birinci Pyotrun Versal sarayına səfərinin 300 illiyi ilə üst-üstə düşür. Siz necə fikirləşirsiniz, Putinin səfəri Rus diplomatiyası üçün hansı önəmli təsir bağışlayır?
- Təkrarən xatırlatmaq istəyirəm ki, Rusiya və Fransa arasında görüş 2016-ci ilin oktyabrında keçirilməli idi. Putinin Versal sarayında Makron ilə görüşü Birinci Pyotrun Versal sarayına səfərinin 300 illiyi ilə üst-üstə düşməsi sadəcə təsadüfdür. Bu görüşdə Putinin məqsədi Makronu ölkəsinin Rusiyaya qarşı sanksiyalardan çəkindirmək idi. Lakin Putin bu məqsədinə nail olmadı. Makron isə öz növbəsində Kremlə məxsus media orqanlarını ona qarşı təxribat yaymaqda günahlandırdı. Makron həmçinin onu da göstərməyə çalışırdı ki, o Almaniya kansleri Angela Merkel ilə birlikdə Avropada öz liderliyini nümayiş etdirmək və ABŞ-dan aslı qalmamaq fikrindədir. Hesab edirəm ki, Rusiyaya qarşı sanksiyalar uzun müddət davam edəcək.
- Sizin də xatırlatdığınız kimi, Prezident Makron Rusiya media orqanlarını prezident seçkisi zamanı onun kampaniyasına qarşı saxta məlumatlar yaymaqda tənqid edib. Sizcə, Rusiya mediasının Avropadakı siyasi proseslərdə rolu güclüdürmü?
- Rus mediası Avropadakı siyasi proseslərə təsir etməyə çalışır. Lakin Rusiya mediasının Avropada rolu çox şişirdilir. Maraqlıdır ki, Kreml bu vəziyyətdən istifadə edərək Rusiyanın post-sovet ölkələrində təsirini gücləndirir. Moskva bununla post-sovet ölkələrini Avropa İttifaqı ilə yaxın əlaqə qurmaqdan çəkindirir. Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsi barədə bəyanatlar Rusiya mediasını öz təsirini artırmaqda daha da ruhlandırır.