Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
23:35 | 14 iyun 2017 | Çərşənbə
Məqaləyə 2311 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində prezident Donald Trampın dostu, respublikaçı konqresmen Stiven Skalizeni və köməkçisini yaralayan Ceyms Hodqkinson (James T. Hodgkinson) adlı silahlı şəxs xəstəxanada ölüb. Bu barədə prezident Donald Tramp özünün «Twitter» bloqunda məlumat verib.
Xəbər verildiyi kimi atışma ABŞ Respublikaçılar partiyasının üzvləri olan konqresmenlərdən ibarət beysbol komandasının məşqi zamanı baş verib. Silahlı şəxs məşq meydançasına daxil olaraq konqresmenə və onun köməkçilərinə atəş açıb. Bu zaman siyasətçiləri mühafizə edən Məxfi Xidmət əməkdaşları onunla atışmaya giriblər. Skalize kürəyindən yaralanıb. Onun vəziyyətinin «stabil» olduğu və əməliyyat edildiyi bildirilir.
Aleksandriyanın polis rəisi Maykl Braun bildirib ki, insident zamanı cəmi beş nəfər yaralanıb, o cümlədən konqresmenə atəş açan şəxs yaralılar arasındadır. Şerif atəş açan şəxsin kimliyini açıqlamadan imtina edib. Lakin daha sonra «The Washington Post» xəbər verib ki, polis İllinoys ştatının Bellevil şəhərinin sakini olan cinayətkar Ceyms Hockinsonu identifikasiya edib. Qəzet Hockinsonun Facebook səhifəsinə istinadən bildirir ki, o, prezidentliyə Demokratlar partiyasından eks-namizəd Berni Sandersin tərəfdarı olub və indiki prezident Donald Trampın qatı əleydarıdır. Berni Sanders Hockinsonun seçki kampaniyası zamanı onun tərəfdarı olduğunu təsdiqləyib. Bununla belə siyasətçi deyib ki, Virciniyadakı atışma barədə xəbəri «ikrah hissi» ilə qarşılayıb.
Donald Tramp «Twitter»də yazıb ki, konqresmen Stiven Skalize onun əsl dostu və patriotdur, ciddi yara alıb, ancaq tam sağalmalıdır. «Bizim fikrimiz və dualarımız indi ancaq onunladır», Tramp bildirib. «Bizim fərqlərimiz ola bilər, ancaq indiki kimi çətin məqamların öhdəsindən həmişə gəlirik ki, Vaşinqtonda, dövlət qulluğunda işləyənləri yaddaşlarımızda saxlayaq. Çünki onlar öz ölkələrini sevirlər. Biz birləşəndə çox güclü oluruq və ölkənin rifahı naminə iləyirik», - prezident əlavə edib.
Bu insident Trampa qarşı Rusiya məsələsinə görə təhqiqatın getdikcə dərinləşdiyi və impiçment prosedurunun başlaya biləcəyinə dair ehtimalların artdığı bir vaxtda baş verir. Göründüyu kimi Trampın dostuna-konqresmenə atəş açan şəxsin bunu siyasi motivlə etdiyinə şübhə yoxdur. Lakin o, aldığı yaralardan öldüyünə görə konqresmenə silahlı hücumun üstünü açmaq mümkün olmaya bilər. Vaxtilə prezident Kennedini güllələyən Li Harvi Osvaldın yaxalanandan iki gün sonra polis idarəsindən çıxarılarkən gecə barının sahibi tərəfindən gülləndiyinə görə onun prezidenti hansı motivlə və kimlərin diqtəsi ilə öldürdüyünü aydınlaşdırmaq mümkün olmadı. İndi isə Trampın dostuna atəş açan müxalifətçi artıq sağ deyil və ABŞ-da daha bir siyasi sui-qəsd üstü açılmamış qala bilər. Hansı ki, Trampın qatı əleydarlarının sayı çoxdur və onların arasından prezidenti fiziki olaraq məhv etməyə çağıranlar da tapılır. Hələlik belələrindən biri Trampa əli çatmasa da onun dostunu haqlayıb...