
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
İran Parlamentinin Urmiyalı üzvləri Ruhullah Həzrətpur və Hadi Bahaduri Erməni Silahlı Qüvvələrinin Azərbaycanın yaşayış məntəqəsini bombardman etməsini və bunun nəticəsində biri ikiyaşlı körpə uşaq olmaqla iki nəfərin həlak olması və bir nəfərin ağır yaralanmasına münasibət bildirib. Güney Azərbaycanlı millət vəkilləri bu vəşlikilərə İran rəsmilərinin, xüsusilə Xarici İşlər Nazirliyinin səssiz qalmasını qınayıblar.
Ruhullah Həzrətpur İran rəsmilərinin baş verən son hadisələrlə bağlı sükutunu pisləyib. Urmiyalı deputat İran XİN-nin iyulun 4-də cəbhənin işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində nənə ilə nəvənin həlak olması hadisəsinə reaksiya verməməsinə təəccübləndiyini qeyd edib: «Təəccüb edirəm! İran Xarici İşlər Nazirliyi ermənilərin son cinayəti ilə bağlı heç bir münasibət bildirməyib».
***
Urmiyalı digər millət vəkili 2 yaşlı Zəhranın Ermənistanın Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsini qınayıb
Güney Azərbaycanın İran parlamentindəki deputatı doktor Hadi Bahaduri #PrayForZahra kampaniyasına qoşulduğunu bildirərək Ermənistanı törətdiyi cinayətə görə kəskin qınayıb.
Hadi Bahaduri «Yol Press»ə verdiyi müsahibədə bildirib ki, iki yaşlı azərbaycanlı uşağın Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi tamamilə qəbuledilməzdir.
Azərbaycanlı millət vəkili əlavə edib ki, Zəhranın məzlumluq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün gücü ilə #PrayForZahra kampaniyasına dəstək verəcək.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib».
Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.
İran kütləvi informasiya vasitələri və ölkə rəhbərliyi Ermənistanın törətdiyi cinayətə səssiz qalaraq bir daha işğalçı ölkəyə isti münasibət göstəriblər.
Rusiya və İran, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistanın ən yaxın müttəfiq ölkələridir. Güney Azərbaycan türk milləti uzun illərdir ki, İranla Ermənistanın çoxşaxəli əlaqələrinə etiraz edir, bu istiqamətdə müxtəlif formalarda mübarizə aparır.