vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AKTUAL  
ABŞ müstəqillik günündə baş verən terroru bağışlamır 15:52 | 7 iyul 2017 | Cümə Məqaləyə 1279 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ müstəqillik günündə baş verən terroru bağışlamır

«Washington Times»: «Dinc sakinlərin öldürülməsi Ermənistanın yeni hərbi doktrinasıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikalılar Müstəqillik günü ilə əlaqədar atəşfəşanlıq edərkən, Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etmiş erməni hərbçiləri günahsız dinc sakinlərə qarşı hücum təşkil edib.

VAXT.AZ «Trend»ə istinadən xəbər verir ki, bu «Washington Times» qəzetində Begin-Sadat mərkəzinin və Barilan Universitetinin böyük elmi işçisi Aleksandr Murisonun məqaləsində yazılıb.

Məqalədə qeyd olunur ki, hər gün erməni hərbçiləri minamyotlardan və snayper silahlardan qoşunların qarşıdurma xəttində dinc sakinlərə atəş açırlar: «Ermənistan tərəfindən istifadə olunan bu taktika Azərbaycanı daha irimiqyaslı cavaba təhrik etməyə yönəlib. Amma iyulun 4-ü qeydə alınan insident Ermənistanın yeni hərbi doktrinasını əks etdirir - dinc sakinlərə təhdid.

Qeyd etmək lazımdır ki, cəbhə bölgəsində yaşayan azərbaycanlılar məktəblər və evlər tikməkdə davam edirlər. Amma qarşı tərəfdə isə yalnız hərbi obyektlər mövcuddur və dinc sakinlər yoxdur.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Qeyd edək ki, «The New York Times»dan sonra ikinci böyük tirajlı ABŞ nəşridir ki, Sərkisyan rejimin törətdiklərinə böyük önəm verir. Bu həm də ona görədir ki, Alxanlı faciəsi ABŞ-ın müstəqillik günündə baş verib. Yer kürəsinin bir tərəfində insanlar atəşfəşanlıqla ən böyük milli bayramlarını qeyd edərkən, digər tərəfində isə terrorçular yayılım atəşləri ilə günahsız körpə uşağı və qadını qətlə yetirirdi. Hələ bu azmış kimi Sərkisyan sülhpərvər olduğunu göstərmək üçün həmin gün ABŞ səfiri ilə birlikdə ağac da əkmişidi. Yəni gündüzlər sülh carçısı olan adam gecələr qatı cinayətkara çevrilirmiş. Amerikalılar Sərkisyandan başqalarına qarşı hər pisliyi edə biləcəyini gözləyirdilər, amma bu cürətin onlara qarşı yönələcəyinə inanmırdılar. Vaşinqtondakılar terroru (dinc sakinlərin yaşadığı qəsəbənin bilərəkdən bombalanmasına başqa ad vermək mümkün deyil) həm də müqəddəs günlərinə kölgə salmaq kimi qəbul edirlər. Böyük güclər isə bu tip cinayətləri heç vaxt bağışlamır.