Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
14:35 | 19 iyul 2017 | Çərşənbə
Məqaləyə 1998 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Almaniyada yayımlanan rəsmi hesabatda Regensburger şəhərindəki katolik kilsənin şagird xorunda yüzlərlə uşağın fiziki və cinsi təcavüzə məruz qaldığı iddiası irəli sürülüb.
Hesabatda Regensburger Domspatzen adlı xorunun 547 üzvünün 60 il ərzində fiziki və cinsi təcavüzə məruz qaldıqları iddia edilib.
Hesabatda xorda işləyənlər hadisələrə müdaxilə etməməkdə ittiham olunub.
Katolik kilsənin 49 üzvü 1945 və 1990-cı illər arasında bu cinayəti törətməkdə şübhəli hesab olunurlar.
Keçmiş Papanın böyük qardaşı da ittiham olunur
Hadisələrə etinasız qalmaqda ittiham olunanlar arasında keçmiş Papa XVI Benediktin böyük qardaşı və 30 il ərzində xoru idarə edən Georq Ratzinqer (Georg Ratzinger) də var.
Lakin hesabat müəllifi Ulrich Weber Ulrix Veber (Ulrich Weber) Georq Ratzinqerin cinsi təcavüz hadisələrindən xəbəri olmasına dair sübutun olmadığını bildirib.
Bundan başqa Vber «Ratzinqer etinasızlıqda və baş verənlərə müdaxilə etməyi bacarmadığı üçün ittiham oluna bilər» deyib.
Hadisələrin üzərindən uzun müddət keçdiyinə görə, şübhəlilərə qarşı cinayət işinin qaldırılması ehtimal olunmur.
«Sakit qalmaq mədəniyyəti»
Qurbanlar yaşadıqlarının «həbsxana, cəhənnəm və düşərgəni» xatırlatdığını söyləyiblər.
Bəziləri isə baş verənləri söyləmədiklərini «sakit qalmaq mədəniyyəti» ilə əlaqələndiriblər.
Hadisələri araşdırmaq üçün təyin olunan vəkil Ulrix Veber Regensburger Domspatzen internat məktəbini həm ibtidai sinif həm də yuxarı siniflərdə iddia edilən cinayətlərin törədildiyini bildirilib.
Məktəbdən hələ ki, iddialarla bağlı açıqlama verilməyib.
Ulrix Veber araşdırma nəticəsində 500 fiziki istismar və 67 cinsi təcavüz hadisəsini müəyyən etdiklərini bildirib.
Vəkil bu uşaqlardan bəzilərinin hər iki istismarın qurbanı olduqlarını da sözlərinə əlavə edib.
Araşdırma çərçivəsində bəzi keçmiş şagirdlərlə əlaqə yarada bilmədiklərdən həqiqi rəqəmin 700-ə qədər qalxacağı ehtimal olunur.
Hesabatda 49 kilsə üzvündən doqquzunun cinsi təcavüzdə iştirak etdiyi irəli sürülüb.
Min illik yaşı olan xor 2010-cu ildə cinsi təcavüz iddiaları ilə gündəmə gəlmişdi.
Kilsə qurbanlara 5 min və 20 min avro arası təzminat təklif etmişdi. Katolik kilsəsi son illərdə bir çox cinsi təcavüz iddiaları ilə gündəmə gəlmişdi.