
Arif Babayev və Bülbül
Yazını üç zirvənin unudulmaz xatirəsinə həsr edirəm
Yazını üç zirvənin unudulmaz xatirəsinə həsr edirəm
Ağdam məscidinin qapısı üzərindəki Quran kəlamları
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
Hikmət Hacıyev: “Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz fantaziya kimi qəbul oluna bilərdi”
...Dirçəliş və tərəqqinin qüdrətli simvolu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
... Yaxud əlləri havada qalan Ağdam sakini
Bir kitabdan daha artığı
...Yaxud çadır həyatının təəssüratları
Tanrı dərgahı kimi ...
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
... Yaxud qırıq-qırıq görünən Ağdam
Bu yolu keçməyə əzm var
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
Tez-tez gəlin ...
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
Son olaraq Ağdamlıların el ağsaqqalı Seyid Lazım Ağanı da xatırlayaq.
Ağdamlılar üçün Seyid Lazım Ağa din xadimindən daha çox bir hörmət sahibi olan ağsaqqal və xeyriyyəçi idi. Ölənə qədər ona gətirilən nəzirləri kasıb-kusuba paylayan Ağa 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Lakin bütün ömrünü Ağdam rayonunda yaşayıb. Əvvəlcə Çəmənli, sonra isə Şıxbabalı kəndlərində.
1914-18-ci illərdə Soltan bəyin dəstəsində erməni Daşnakı Andronikə qarşı vuruşub. Qarabağı ermənilərdən qorumaq üçün əlinə silah alan Ağa daşnaklara qarşı amansız bir insan olsa da Üç həyat prinsipi olub: ədalət, səxavət, ibadət
Seyid Lazım Ağa həddən artıq vətənpərvər insan idi. 1988-ci ilin fevral ayında Qarabağda şəhid olan Bəxtiyar və Əlinin qana boyanmış qönçə nəşini qucaqlayaraq hönkürüb ağlamış: «Yerinizə minlər doğulacaq» demişdir.
Hələ Ağdam işğal olunmazdan əvvəl ermənilər rayonu top, «qrad» atəşinə tuturlar. Bazarda əhalinin çox olduğu bir gün erməni işğalçıları tərəfindən atılan «qrad»lardan biri Seyidin ayaqları altına düşür və möcüzə baş verir. Mərmi asfaltı yararaq torpağa girir, amma partlamır. Ağdam işğal olunan günə qədər də mərmi həmin yerdə qalıb. İkinci atılan mərmi isə digər bir ərazini yerlə-yeksan edir.
Seyid Lazım Ağa 1994-cü ildə qaçqınlıqda Mingəçevir şəhərində vəfat edib. Öz vəsiyyətinə əsasən Ağdam rayonunun Çəmənli kəndində dəfn edilib.