Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
11:32 | 25 iyul 2017 | Çərşənbə axşamı
Məqaləyə 1249 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Gürcüstanın siyasi həyatında ötən həftənin ən önəmli hadisələrindən biri parlament partiyası - Vətənpərvərlər Alyansının nümayəndə heyətinin Moskvaya səfəri olub. Parlament üzvləri Gerorgi Lomiya, Ada Marşaniya və Nato Çxeidze iki günlük səfərləri zamanı Rusiya Dövlət Dumasında olub, Rusiya-Gürcüstan münasibətlərinin perspektivlərini müzakirə ediblər. Bu hadisə gürcü cəmiyyətində böyük rezonans doğurub. Və bir daha gürcü siyasi həyatında necə bir təhlükəli tendensiyanın getdiyini üzə çıxarmış olub.
Gürcüstanda heç kimə sirr deyil ki, parlament partiyası olan və adı ilə məramı uyğun olmayan Vətənpərvərlər Alyansı Kreml agenturasının Gürcüstanda özəyidir. Belə bir özək postsovet respublikalarının bir çoxunda fəaliyyət göstərir. 2016-cı ildə keçirilən parlament seçkilərində Vətənpərvərlər Alyansı bu adı artıq neçə ildir ki, Kremldən müəyyən maliyyə alan Nino Burcanadzedən təhvil almış oldu. Adıçəkilən partiyanın proqramı populist çağırışlardan ibarət olub və öz sıralarında gürcü cəmiyyətinin ən savadsız və geri qalmış təbəqələrini birləşdirməkdir. Son seçkilərdə isə bu partiya digər siyasi qurumların narazılığına baxmayaraq, 5 faiz səs toplamağa müvəffəq olub. Həmin partiyalar iddia edirdilər ki, Vətənpərvərlər Alyansı saxtakarlıqlarla özünə səs toplamağa müvəffəq olub. Lakin bütün bu faktlar təsdiqini tapmadı. Bütün bunlarla yanaşı, «vətənpərvərlər» işğalçıların maraqlarını Gürcüstan parlamentində müdafiə etməkdə davam ediblər. Gürcü siyasi cəmiyyətində bir növ Jirinovskinin liberal-demokratları kimi imicə malik olan bu partiyanın liderləri dəfələrlə biabırçı bəyanatlar verməklə gülüş obyektinə çevriliblər. Rusiya işğalı məsələsində isə xüsusi fəallıq göstərirlər.
Əvvəlki kremlyönümlü kollaborasionistlər kimi, Vətənpərvərlər İttifaqı da Gürcüstan torpaqlarının 20 faizini işğal edən Rusiyanı işğalçı dövlət kimi deyil, əsas siyasi oyunçu və Qafqazda təhlükəsizliyin təminatçısı kimi görür. Gürcüstan mediası dəfələrlə bu partiyanın antigürcü mövqeyini ortaya qoyan materiallarla çıxış edib, onların Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə hərəkət etdiyini bildirib. Gürcüstanın ərazi bütövlüyünün bərpasını tələb etməkdənsə, onlar Rusiya rəhbərliyi ilə birbaşa dialoqa gedilməsinin tərəfdarıdırlar. Və dəfələrlə bəyan ediblər ki, Rusiya Qafqazda sülhün yaranmasını istəyir. Xüsusi vurğulayırlar ki, Rusiya ilə dil tapmaq və onun bütün şərtlərini yerinə yetirmək gərəkdir. Gürcüstan qarşısında Rusiyanın şərti isə budur – separatçı abxaz və osetin qurumlarının müstəqilliyinin tanınması, onların sülh danışıqlarında tərəf kimi tanınması, onlara hüquqi status verilməsi, Gürcüstanın «İşğal olunmuş əraziləri haqqında» qanununun dəyişdirilməsi və Kremlin əlaltıları ilə mənasız və sonsuz danışıqlara gedilməsi. Təbii ki, Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsinə hər hansı bir təminat verilmir və verilə də bilməz. Bu yalnız və yalnız əks effektə yönəlib. Rusiya hökumətinin məqsədi tez bir zamanda Gürcüstanı öz torpaqlarından hüquqi cəhətdən imtina etməyə məcbur etməkdir. Bununla gürcü siyasilərinin gələcək nəsillərinin heç bir zaman onlara qarşı iddia irəli sürməməsinə nail olmaqdır. Bunu isə qanunların köməyi ilə həll etmək mümkündür.
Kreml separatçı qurumlara hərtərəfli dəstək verir və onların hər vasitə ilə müstəqil olmalarına çalışır. Lakin məsələ ondadır ki, dünya ictimaiyyəti və birliyi onların müstəqilliyini tanımır. Başqa bir yol isə budur ki, Kreml Gürcüstanın separatçılarla iqtisadi və siyasi əməkdaşlığa getməsinə, daha dəqiq desək, onların beynəlxalq subyekt kimi tanınmalarına nail olmağa çalışır. Gürcüstanın Vətənpərvərlər İttifaqı da bu yöndə dəfələrlə bəyanatlar səsləndirib. Faktiki olaraq Moskva Gürcüstanla bağlı 1921-ci il ssenarisinin təkrarlanmasına və Qars müqaviləsinin gündəmə gəlməsinə çalışır. O zaman Kremlin nəzarətində olan bolşeviklər öz imzaları ilə Gürcüstanın Rusiyanın tərkibinə daxil olmasına nail olmuşdular. Eləcə də iddia edirlər ki, məhz kommunist hökumət Rao və Klardjetinin Türkiyənin nəzarətinə keçməsinə nail oldu. Həmin sazişlə də adıçəkilən ərazilər birdəfəlik Türkiyənin nəzarətinə verilib. İndi isə həmin ssenari təkrarlana bilər. İndi vəziyyət Abxaziya və Samaçablo ilə bağlıdır. Vətənpərvərlər İttifaqından olan kollaborasionistlər bu gün bütün gücləri ilə buna çalışırlar.
Gürcü mediasının da ifadə etdiyi kimi, bu gün satqın və işğalçıların bu arzunu reallaşdıra bilmək şanslarının olub-olmaları yalınız və yalnız gürcü cəmiyyətindən və hər bir vətəndaşın onlara qarşı müqavimətindən asılı olacaq.