Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:09 | 25 iyul 2017 | Çərşənbə axşamı
Məqaləyə 1459 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Şimali Qafqaz və separatçı Cənubi Osetiya ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 58-ci ümumqoşun ordusunun hərbi hissələrində döyüş hazırlığı üzrə 7 günlük təlimləri başlaylb. Təlimlərə 16 minə yaxın hərbçi və 4 mindən çox silah və texnika cəlb olunub.
Gürcüstanın özündə isə rəsmi Tiflisin nəzarəti altında olmayan ərazidə Rusiya ordusunun irimiqyaslı təlimləri ilə bağlı həyəcan siqnalı çalınır. Gürcüstan rəsmiləri Rusiya ordusunun hərbi təlimlərini bütün region üçün təhlükə adlandırıblar.
«Bu cür manevrlər yalnız Gürcüstan üçün deyil, bütün region və Avropa üçün təhlükə mənbəyidir», - barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə gürcüstanlı dövlət naziri Ketevan Tsixelaşvili deyib.
«İslahatçılar klubu» qeyri-hökumət təşkilatına rəhbərlik edən sabiq müdafiə naziri Dmitri Şaşkin də oxşar mövqe sərgiləyib. Onun fikrincə, Rusiya Tsxinvaldakı hərbi korpuslarını «Gürcüstanın hələlik işğal edilməmiş ərazilərinə keçid üçün» yeni marşrutlara hazırlayır.
«Rusiya Gürcüstan ərazisindən keçməklə özünün Ermənistandakı «Gümrü» bazasına dəhlizdə maraqlı olduğunu biruzə verirlər. Onlar hazırlıq görürlər və bunu açıq-aşkar edirlər. Düşünürəm ki, ölkəmizdə bunu görməyən biri varsa, o da hakimiyyətdir», - «Gürcüstan Xəbərləri» portalı Şaşkinin sözlərinə istinad edir.
Xatırladaq, dünən Gürcüstan kütləvi informasiya vasitələri bildirmişdilər ki, Rusiya Silahlı Qüvvələri Gürcüstanın Kasp rayonunun Karapila kəndi istiqamətində irəliləyiblər. Bakı-Supsa neft kəmərinin bir hissəsi rusiyalı hərbçilərin nəzarəti altına keçib. Bu məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti də təsdiqləyib.
Briqada generalı Amiran Salukvadze Gürcüstan KİV-ə müsahibəsində bildirib ki, Rusiya qoşunları SSRİ dövründə mövcud olmuş «sərhəd»i bərpa etmək istəyirlər.