Rusiyada məktəblərlə bağlı qadağa
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
10:04 | 10 avqust 2017 | Cümə axşamı
Məqaləyə 2332 dəfə baxılıb
Şriftin ölçüsü
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyalar qanunu qəbul eləməsi işğalçı ölkədə ciddi müzakirə mövzusu olaraq qalır. Eyni zamanda bu ölkənin hakim dairələrində, ekspert çevrələrində yeni situasiyadan dolayı bir əndişə yaşanır.
Bunun bir mühüm səbəbi də ABŞ-Rusiya gərginliyi fonunda İrəvanın daha Dağlıq Qarabağ məsələsində Vaşinqtondan yetərli anlayış və dəstək ala bilməyəcəyi qorxusu ilə bağlıdır. Çünki Ermənistan müstəqil ölkə deyil, Kremlin bölgədəki əsas forpostudur və onun sözündən çıxa bilməz, o cümlədən ABŞ-la qarşıdurma məsələsində Azərbaycandan fərqli olaraq, neytral qalması mümkün deyil. Moskvanın sözündən çıxmamaq isə avtomatik şəkildə İrəvanın Amerikanın hədəfinə gəlməsi deməkdir.
Yeri gəlmişkən, artıq okeanın o tayından bununla bağlı Ermənistana xəbərdarlıqlar gəlməyə başlayıb. Nüfuzlu amerikalı politoloqdan biri bildirib ki, Ermənistan özünün Rusiya qismində siyasi və hərbi donorunu dəyişməsə, ABŞ da yavaş-yavaş ona işğalçı Rusiyanın müttəfiqi kimi baxmağa başlayacaq.
«İşğalçı ölkənin müttəfiqi». Aydındır ki, Ermənistanın bu statusu Vaşinqton üçün, yumşaq desək, məmnunedici olmayacaq. O səbəbdən təcavüzkar ölkə son vaxtlar yaranmış qəliz durumdan çıxmağın yollarını arayır, ora-bura vurnuxur. Qərb (AB, NATO) ilə Rusiya (Avrasiya Birliyi, KTMT) arasında var-gəl edir. Ən önəmlisi odur ki, İrəvan bu yeni çıxış yolu və yaxud siyasi kurs hesabına Dağlıq Qarabağı da özündə saxlamağa ümid edir - de-yure təbii ki.
***
Ancaq belə bir yol varmı, yaxud mümkünmü? Tutaq ki, Ermənistan Azərbaycan kimi ABŞ (Qərb) və Rusiya arasında bundan sonra balanslı siyasət yürüdə bilərmi? Rusiya necə, azı 2047-ci ilədək (Gümrü hərbi bazasının qalma müddəti onda bitir) de-yure onun ovucunun içində olacaq cırtdan Ermənistana, özünün işğal ortağına belə bir şans tanıyarmı?
Bəzi sadəlövh erməni analitiklərinin sözündən belə çıxır ki, ola bilsin, tanıyar. Bu xüsusda «bərkgedən» erməni politoloqlarından biri - Riçadr Kirakosyanın fikirləri daha çox diqqət çəkir. O, hətta bir az da qabağa gedərək, İrəvanın Moskvadan «öz haqqını» tələb etməli olduğunu deyir:
«Ermənistan Rusiyaya qarşı tələblər irəli sürməlidir. Biz Moskvadan təkcə bizə borclu olduğunu yox, həm də bizə münasibətdə nə etməli olduğunu tələb eləməliyik». Bu barədə o, Tert.am erməni portalına müsahibəsində bildirib. Kirokosyan bir neçə aydan sonra - noyabrda Ermənistanın Avropa Birliyi (AB) ilə əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşdığını yada salaraq deyib: «Çox yaxşıdır ki, Ermənistan ağıllı hərəkət edir və vaxtından qabaq Rusiyanı qıcıqlandırmaq istəmir».
«Bəs İrəvan üçün Rusiya ilə ABŞ arasında seçim eləməyin vaxtı çatmayıbmı», sualına erməni politoloq tipik erməni hiyləgərliyi ilə belə cavab verib: «Ermənistan iki ölkə arasında körpü ola bilər. Buna isə üç yolla nail olmaq mümkündür: İrəvan Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla AB ilə də əlaqələr qura bilər, NATO ilə əlaqələri gücləndirməklə yanaşı, KTMT-də qala bilər, eyni zamanda İranla yaxşı əlaqələr saxlayar. Ermənistanın əsas vəzifəsi Rusiya ilə münasibətlərdir - hansı münasibətlərdə ki, ABŞ-ın heç bir rolu yoxdur. Rusiya Ermənistandan bizim təsəvvür elədiyimizdən də çox fayda götürür».
Kirokosyanın daha sonra Rusiyanın Azərbaycana silah satmasının «qəbuledilməz olduğunu» deyir və əlavə edir: «Rusiya təhlükəli dövlətdir, nədən ki, etibarlı tərəfdaş deyil. Ermənistan isə Rusiya üçün bölgədə yeganə etibarlı tərəfdaşdır. Rusiya da Türkiyə kimi güclə hesablaşır. Başqa ölkələrin nümunələrinə, Nazarbayevə, Lukaşenkoya baxın, o zaman başa düşəcəksiniz ki, biz öz hüquqlarımızı, müstəqilliyimizi və maraqlarımızı qorumağa davam eləməliyik».
Bu harasıdır, erməni ekspert güman edir ki, noyabrda AB ilə əməkdaşlıq anlaşması imzalanandan sonra Ermənistan Azərbaycana silah satılması məsələsində Rusiyaya qarşı daha cəsarətli şəkildə öz tələblərini irəli sürə biləcək. Çünki onun qənaətincə, həmin sənədin imzalanmasından sonra Ermənistan daha azad olacaq. «Həmçinin, gələn ilin aprelindən sonra (parlament idarə üsuluna keçiddən sonra - A.X.), nə vaxt ki, yeni baş nazirimiz bəlli olacaq (əsas səlahiyyət də ona keçəcək - A.X.) Ermənistan daha azad olacaq», - deyə o qeyd edib.
***
Fəqət, Ermənistan daha azad ola biləcəkmi? İrəvan AB ilə anlaşma sənədini necə, imzalaya biləcəkmi, yoxsa 2013-cü ildəki kimi Moskvadan, çar Vladimir Putindən növbəti «qulaqburması» alıb öz qınına çəkiləcək? Ümumiyyətlə, Ermənistanda gerçəkdənmi Kremlin ona hansı sürprizlər edə biləcəyinin fərqində deyillər?
Bu suallara uzağı, noyabrda dolğun cavablar tapılacaq. Hələliksə görünən həm də budur ki, Ermənistan habelə İranla əlaqələr hesabına Moskvadan asılılığını azaltmağa və öz oyununu, yeni «balans siyasəti» aparacağına ümid edir. Bəzi siyasi təhlilçilərə görə, ötən həftə prezident Serj Sərkisyanın İran prezidenti Həsən Ruhaninin ikinci dəfə andiçmə mərasimində iştirak üçün şəxsən Tehrana getməsinin (Bakıdan spiker Oqtay Əsədov tədbirdə iştirak edib) arxasında müstəsna olaraq bu hədəf - Tehranla əlaqələri gücləndirmək, o sırada ortaq layihələrin, xüsusən də Avropaya qaz nəqli məsələsində Ermənistanı tranzit ölkə kimi təsbit edəcək layihələrin reallaşmasına nail olmaq dayanır. Aşağıdakı şərhdən də bunu görmək olar.
«Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir».
Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvanın gözünü türkmən qazına dikdiyini bildirib: «Ermənistan türkmən qazını İrandan alaraq Gürcüstan üzərindən Avropaya çatdırmaq istəyir. Bu ideyanın utopiya olmasına baxmayaraq, İrəvan ümidini itirmir. Məsələn, Sərkisyan Ruhaninin andiçmə mərasimində iştirakından istifadə edərək iranlı həmkarı ilə söhbətində İran-Türkmənistan-Ermənistan formatından da söz açıb. Bu formatın yeganə hədəfi qazdır.
Bundan əvvəl isə Ermənistanın baş naziri Karen Karapetyan bu ilin yanvarının eyni günündə İranın və Türkmənistanın İrəvandakı səfirləri ilə görüşüb. Böyük ehtimalla, mövzu yenə eyni olub. Türkmənistan qazının İran və Ermənistan üzərindən Avropaya daşınması ideyası utopiya olsa da, rəsmi Bakı diplomatik kanallarla Aşqabad, Tehran və yaxın müttəfiqi Tiflisə mesaj göndərməlidir ki, Azərbaycanın maraqlarının əleyhinə addım atmasınlar. Azərbaycanın maraqlarını isə onlar yaxşı dərk edirlər: Ermənistan işğala son qoymayana qədər bütün regional layihələrdən təcrid olunmalıdır».
***
Ümid edək ki, elə bu cür də olacaq. İkinci yandan, çətin ki, Rusiya öz satellitinin daha sərbəst olmasına kömək edəcək bu layihəyə imkan versin.