Rusiyada Orucova 16 il cəza
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
14:22 | 14 avqust 2017 | Bazar ertəsi
Məqaləyə 3032 dəfə baxılıb
Şriftin ölçüsü
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
ABŞ-ın «The Hill» nəşri Vaşinqtondakı Xarici Siyasət Şurasının baş elmi işçisi, Ordu Kollecinin professoru Stefan Blənkin məqaləsini dərc edib. Məqalə ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vasitəçilik səylərini hələ də artırmamasından və bu münaqişəni faktiki olaraq Rusiyanın öhdəsinə buraxmaqdan bəhs edir.
virtualaz.org xəbər verir ki, amerikalı təhlilçi Minsk Qrupunun on illərdir heç bir nəticə əldə edə bilmədiyi bir vaxtda Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başlanması riskinin hər iki tərəfin malik olduqları silahların dağıdıcı gücü ilə bir vaxtda artmasını vurğulayır.
«Məsələn, bu yaxınlarda ermənilər rus raketləri ilə Azərbaycan müdafiə nazirinin vertolyotunu hədəf aldılar. Azərbaycan həmin raket qurğusunu («OSA» nəzərdə tutulur.-red) İsrail istehsalı olan raketlə vurdu. Lakin vertolyotun hədəfə alınması yox, məhz raket qurğusunun vurulması Minsk Qrupunu dəhşətə düşürdü. Əslində isə ABŞ Minsk Qrupuna heç nümayəndə də təyin etməyə tələsmir, hətta səfir səviyyəsində. Çünki bu məsələ Vaşinqtonu elə də maraqlandırmır», - Stefan Blənk yazır.
Müəllifə görə hərbi əməliyyatların başlanmasının qarşısını almaq Amerikanın maraqları üçün çox mühümdür: «Çünki Moskva təkcə münaqişə tərəflərinə yüksək dəqiqlikli silahlar vermir, eyni zamanda Azərbaycana təzyiq göstərir ki, müstəqilliyindən imtina etsin və Avrasiya İttifaqına qoşulsun. Aydındır ki, Rusiya bu münaqişəni həll etməklə deyil, idarə etməklə məşğuldur».
ABŞ Ordu Kollecinin professoru qeyd edir ki, minlərlə insan tələfatına səbəb olacaq müharibə təhlükəsi artır, çünki hər iki tərəf yüksək dəqiqlikli silahlara malikdir. Bundan əlavə Azərbaycan Naxçıvandakı qüvvələrini gücləndirir, bu, hakim Əliyevlərin doğulduğu yerdir və Ermənistan paytaxtına ən yaxın ərazidir.
«Müharibə erməni qüvvələrinin tamamilə Rusiya ordusunun tərkibinə birləşdirilməsinə gətirib çıxarardı. Çünki Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşması yaradıblar, müharibə olsa həmin qruplaşma Rusiya tərəfindən idarə olunacaq.
«Rusiyanın Ermənistanda Gümrü hərbi bazasının olması da nəzərə alınarsa müharibə Rusiyanın Ermənistanı tamamilə işğal etməsi ilə nəticələnəcək, habelə Rusiyanın Azərbaycana qarşı mümkün hərbi intervensiyasına, hətta müdaxiləsinə gətirib çıxara bilər. Və Türkiyənin Azərbaycanla münasibətlərini nəzərə alaraq bu müharibə türk müdaxiləsi ehtimalını da yaradacaq», - müəllif bildirir.
Stefan Blənk qeyd edir ki, bütün bunlar sadəcə olaraq spekulyasiya deyil. Dağlıq Qarabağda və ətrafında toqquşmalar son illər durmadan artır, lakin yeni müharibənin başlanmasının qarşısını almaq üçün heç nə edilmir. Hansı ki, bu müharibə ancaq Moskvanın xeyrinə olardı.
«Moskva dayanmadan Gürcüstan ərazilərini qəsb edir, habelə Azərbaycanı və Gürcüstanı içəridən dağıtmaq səyləri göstərir. Rusiyanın təsirləri bu ölkədəki diaspora söykənən, etnik azlıqları Bakı və Tiflis hökumətlərinin üzərinə qaldırmağa çalışan yeni siyasi partiyaların yaranmasına gətirib çıxarıb», - müəllif qeyd edib.
Stefan Blanka görə Rusiyanın Azərbaycan və Gürcüstanla bağlı məqsədləri var. Rusiya istəyir ki, Gürcüstan NATO-ya üzv olmaq planlarından əl çəksin. Azərbaycan isə Balkanlarda onunla qaz rəqabətinə girməsin.
«Beləliklə, Rusiyanın bu regionda aqressiv siyasəti başqa ölkələrdə olduğu kimi, aydındır. Və onun taktikası hər yerdə eynidir. Rusiya «dondurulmuş münaqişələr» yaradır, dövlətlərə müdaxilə edir, onlara öz suveren hüquqlarını həyata keçirib Avropaya meyllənməyə imkan vermir. Bu ölkələrin ərazilərini ələ keçirib orada «müsəqil dövlətlər» yaradır, sonra həmin «dövlətlər» Rusiyanın tərkibinə daxil olur»-amerikalı təhlilçi yazır.
Stefan Blank bildirir ki, Vaşinqton Minsk Qrupunu fəaliyyətsizliyinə dözmək əvəzinə Dağlıq Qarabağ məsələsində vasitəçiliyə başlamalıdır. Habelə ABŞ Azərbaycanın enerji resurslarının Avropaya nəqlinə birmənalı dəstəyini ifadə etməlidir. «Nəhayət biz Azərbaycanda demokratikləşməni dəstəkləmək istəyiriksə Bakının təhlükəsizlik problemlərinə ciddi yanaşmalıyıq, çünki bu, insan haqları sahəsində irəliləyişin əldə edilməsinin yeganə yoludur», - Blənk bildirir.