Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:27 | 18 sentyabr 2017 | Bazar ertəsi
Məqaləyə 1828 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
«The Independent» yazır ki, Rusiya özü haqqında «yaxşı hesabat» üçün Birləşmiş Millətlər Təşkilatının məruzəçisinə 50 min dollar ödəyib. Hesabatın müəllifi bu sənəddə Moskvanın ABŞ və BMT tərəfindən sanksiyalarla «gözümçıxdıya» salındığı iddia edilməliydi.
BMT-dən olan insan haqları şurasının təhqiqatçısı bu hesabatda bildirirdi ki, Rusiya üzərinə Ukraynanın Krım yarımadasının ilhaqına görə qoyulmuş sanksiyalar «birtərəfli cəzalandırıcı tədbirdir».
İndi isə Cenevrədə mənzillənmiş BMT «Watch» adlı QHT sözü gedən hesabatın müəllifini - əlcəzairli səfir İdriss Cəzairini (İdriss Jazairy) ötən il Rusiyadan aldığı 50 min dollara görə sorğu-suala çəkir.
Əlcəzairlinin yazdığı hesabatda deyilirdi ki, «Vladimir Putinin Rusiya hökuməti insan haqları pozuntularının qurbanı olub və bunu icra edənlər ABŞ və Avropa İttifaqıdır».
Bu barədə məlumatı BMT «Watch» qrupunun icraçı direktoru Hillel Nuer (Hillel Neuer) verib.
Rusiya bu BMT hesabatından dərhal bərk yapışmış və bildirmişdi ki, Moskva «kollektiv şəkildə cəzalandırma» və «beynəlxalq qanunları və insan haqlarını pozan birtərəfli məcburetmə tədbirlərinə» qətiyyətlə etiraz edir.
Bu ilin iyununda BMT Avropa İttifaqı bizneslərinə Krıma investisiyalar yatırmağı qadağan edən, habelə Krımın turizmini hədəfləyən və buradan idxalı yasaqlayan sanksiyaların müddətini uzadıb.
BMT insan haqları şurasındakı Rusiya nümayəndəsi bildirmişdi ki, «Sanksiyalar qoymaq səlahiyyətinə yalnız BMT-nin Təhlükəsizlik Şurası malik olmalıdır».
Rusiya təmsilçisi bunu da demişdi ki, sanksiyalar «Krım vətəndaşlarının öz müqəddəratlarını təyin etmə hüququndan istifadə etməsinin» ardınca qoyulub.
47 üzvü olan şuranın Venesuela, Kuba və Çin də daxil, başqa üzvləri bu qurumun vasitəsilə öz rejimlərinə rəğbətli olan məruzəçilərin təyinatına nail ola bilirlər.
BMT «Watch» təşkilatı BMT İnsan Haqları Şurasının palatasında keçirilməsi planlaşdırılan iclasdan narahatlıq ifadə edib. Qurum bildirib ki, Misir səfirinin sədrlik etdiyi bu iclasda Qərbin insan haqlarını pozan rejimlərə qarşı sanksiyaları müzakirə olunacaq.
Cənab Cəzairi və Kubanın köməyi ilə təyin edilmiş başqa iki ekspert də bu palatanın üzvləridirlər. Onlardan başqa palataya Venesuela səfiri və rusiyayönlü Belarus alimi də daxildir.
Cənab Putin bu həftə BMT-yə Ukraynada atəşkəsə nəzarət edilməsi üçün BMT sülhməramlılarının göndərilməsini rica edəcək. Onun bu planı Almaniya kansleri Angela Merkel tərəfindən alqışlanıb.