Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
11:58 | 27 noyabr 2017 | Bazar ertəsi
Məqaləyə 2619 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«The Independent» qəzetinin yazdığına görə, İran lazım gələrsə, Avropanı vurmaq qabiliyyətinə malik olmaq üçün raketlərinin mənzilini genişləndirə biləcəyi ilə hədələyib.
Ölkənin İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanının müavini deyib ki, Avropa İranı hədələyərsə, Tehran öz raketlərinin zərbə dairəsini 2 min kilometrə çatdıra bilər.
«Biz raketlərimizin mənzilini ona görə 2 min kilometrdən az saxlamamışıq ki, bunun üçün texnologiyalarımız yoxdur. ...Sadəcə olaraq biz, öz strateji doktrinamıza əməl edirik» - briqada generalı Hüseyn Salami «Fars» xəbər agentliyinə deyib.
«Bu vaxtadək biz Avropanı hədə hesab etməmişik, ona görə də raketlərimizin mənzilini artırmamışıq. Lakin Avropa hədəyə çevrilmək istəsə, biz də raketlərimizin mənzilini genişləndirəcəyik».
Bundan əvvəl Fransa İranla onun ballistik raket proqramına dair «kompromissiz» danışıqlara çağırmışdı. Paris bildirmişdi ki, bu məsələyə 2015-ci ilin nüvə sazişindən kənar çərçivədə baxıla bilərdi.
Ötən ay İran İnqilab Keşikçilərinin başçısı general-mayor Məhəmməd Əli Cəfəri demişdi ki, İranın 2 min kilometrlik zərbə məsafəsinə qabil raketləri «Amerikanın regiondakı əksər maraq və qüvvələrini» vura bilər və buna görə də raketlərin mənzilini genişləndirməyə ehtiyac yoxdur.
Cəfəri bunu da əlavə etmişdi ki, ballistik raketlərin mənzil limitini ölkənin ali rəhbəri və silahlı qüvvələrin ali baş komandanı ayətullah Əli Xameneyi müəyyən edir.
İran Yaxın Şərqin ən böyük raket proqramlarından birinə malikdir. Onun lazerlə tuşlanan bəzi raketləri İsraili vurmaq qabiliyyətinə malikdir.
ABŞ raket proqramına görə Tehranın üzərinə birtərəfli qaydada sanksiyalar qoyub. Vaşinqton bu qənaətdədir ki, İran ballistik raketləri inkişaf etdirməklə BMT-nin mövcud qətnamələrini pozur.
ABŞ bildirir ki, İran raket proqramı ilə beynəlxalq qanunların ziddinə gedir, çünki belə raketlər gələcəkdə nüvə başlıqları ilə təchiz edilə bilər.
İran bildirir ki, o nüvə silahlarının istehsalında maraqlı deyil və onun nüvə proqramı tamamilə dinc məqsədlərə xidmət edir.