Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
18:53 | 8 dekabr 2017 | Cümə
Məqaləyə 2707 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
«The Guardian» yazır ki, Almaniya sosial-demokratlarının (SPD) lideri Martin Şuls (Martin Schulz) Angela Merkelin partiyası ilə koalisiyanın yaradılması üçün «qırmızı xətlərin» müəyyən edildiyini deyib.
Lakin bundan da mühümü budur ki, Şuls SPD-nin Berlində keçirilən qurultayında 2025-ci ilədək «Avropa Birləşmiş Ştatlarının» yaradılmasına çağırıb.Cənab Şuls bildirib ki, partiyasının Angela Merkellə danışıqlara daxil olması üçün bir neçə şərtlər qoyulacaq. Bunlar - daha yaxşı sosial-təminat sisteminin yaradılması və yanacaq kimi kömürdən birdəfəlik əl çəkilməsidir.
«Biz nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəmirik, - Şuls deyib, - Lakin biz eyni zamanda nəyin bahasına olursa-olsun, hakimiyyətdən imtina etmək fikrində də deyilik».
Bunun ardınca SPD üzvləri böyük səs çoxluğu ilə partiya rəhbərliyinin Angela Merkelin Xristian Demokrat İttifaqı (CDU) partiyası ilə koalisiya danışıqlarına başlamasına icazə veriblər.
Bu da bildirilir ki, yeni koalisiyanın iki forması ola bilər. Birinci halda sosial-demokratlar hakimiyyətə birbaşa daxil olurlar və «böyük koalisiya» yaranır, ikinci halda isə formal koalisiya razılaşması əldə olunur. Bu halda SPD koalisiya hökumətinə daxil olmasa da, parlamentdə hökumətin müəyyən təkliflərinə qarşı çıxmamaq öhdəliyi götürür.
Almaniyada bir aydan da artıqdır ki, yeni hökumətin təşkil edilə bilməməsi Avropa boyunca narahatlığa səbəb olub. Məhz buna görə də Fransa prezidenti Emmanuel Makron və Yunanıstanın baş naziri Aleksis Tsipras Şulsa şəxsən müraciət edərək onu xanım Merkellə dil tapmağa çağırmışdılar.
SPD lideri bu çağırışları nəzərə alsa da, işarə edib ki, Almaniya daha dörd il bütün Avropanın yükünü çəkə bilməz. Buna görə də o, Avropa ölkələrinin "konstitusiya müqaviləsi" bağlamalarını təklif edib. Onun fikrincə, bu müqavilə Avropanı federal prinsiplər üzərində qurmaq imkanı verəcək.
«The Guardian» yazır ki, Şulsun bu çağırışı xanım Merkel və başqa Avropa liderləri tərəfindən o qədər də isti qarşılanmayacaq.
Amma Şuls deyib ki, Avropa İttifaqını faktiki olaraq bir dövlət şəklində birləşdirəcək konstitusiya müqaviləsini imzalamayan ölkələr avtomatik olaraq Aİ-dən çıxmış sayılacaqlar.
SPD lideri sosial təminat, təhsil və bərpa olunan enerji sahələrinə daha çox vəsait qoyulmasını təklif edib.
Məqalədə deyilir ki, SPD üzvlərinin koalisiya danışıqlarına icazə vermələrinə baxmayaraq, partiya qurultayı təşkilatın Merkellə dərin fikir ixtilaflarını ortaya qoyub.
Şuls öz partiyasının seçkidə ən zəif nəticəsinə görə partiyadaşlarından üzrxahlıq edib.