Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
14:14 | 14 dekabr 2017 | Cümə axşamı
Məqaləyə 2695 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
6 milyard dollarlıq xərc nəyə xidmət etdi?
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İran Səudiyyə Ərəbistanını hədələdi
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İsrailə dəvət olunub. APA TV-nin Səudiyyə Ərəbistanının «Elaph» saytına istinadən məlumatına görə, dəvət İsrailin kəşfiyyat naziri Yizrael Katz tərəfindən göndərilib.
Səudiyyə mətbuatına müsahibə verən Katz Ər-Riyadın İsrail-Fələstin danışıqlarında vasitəçilik etməsindən məmnunluq duyacaqlarını deyib. O, Səudiyyə krallığını ərəb dünyasının və regionun lider dövləti adlandırıb: «ABŞ yeni bir sülh planı təklif edib, amma detalları bizə deməyiblər. Bölgədə stabillik yaradacaq bir plan olduğunu söylədilər. Məncə, bu, Səudiyyənin fəallığını artırması üçün fürsətdir».
O, Səudiyyə rəhbərliyinə baş nazir Benyamin Netanyahunu Ər-Riyada dəvət etmələrini də məsləhət görüb.
Xatırladaq ki, krallıq İsrailin müstəqilliyini tanımayıb. Amma Səudiyyə Ərəbistanı və İran arasında davam edən gərginliyin daha da artması Təl-Əvivi Ər-Riyadın yanında yer almağa məcbur edib. Çünki Səudiyyə kimi, İsrailin də İranla münasibətləri gərgindir.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən sammitində Səudiyyə Ərəbistanı nazir müavini səviyyəsində təmsil olunub.