
İndoneziyada üsyan davam edir
Hökumət binaları yandırılıb, ölənlər var
Hökumət binaları yandırılıb, ölənlər var
Polisin motokuryeri öldürməsi İndoneziya prezidentinin açıqlama verməsinə səbəb oldu
18 milyon dollara lüks hotelə çevrildi
İndoneziyadan idxal edilən karidesdə sezyum-137 tapılıb
Bali adası cinayət qrupları üçün cazibə mərkəzinə çevrilə bilər
Vulkan püskürməsi adada həyəcan yaratdı, təyyarə reysləri təxirə salındı
Bəşəriyyətin mənşəyini dəyişdirəcək tarixi şəhər kəşf edilib
Daha bir “Boeing” qalmaqalı – təyyarədə olanlar ölümdən döndü
İnsanlar parlamentə basqın etməyə cəhd etdilər
2,4 kilometr hündürlüyə kül və tüstü səpib
19 milyard dollarlıq bərpaolunan enerji layihəsi üçün icazə veririldi
Vaşinqton Seula 3,5 milyardlıq hücum helikopterləri satdı, Avstraliya-İndoneziya saziş imzaladı
12 min insan təxliyə edilib, 7 hava limanında uçuşlar dayandırılıb
İğtişaşda ölənlərin sayı 174-ə çatdı
Bir çoxu işğalçı müharibədə Rusiyanı qınayır, digərləri haqq qazandırır
Çinin Cənubi Sakit Okean üçün son oyunu niyə indi əhəmiyyətlidir?
İndoneziyanın müfafizəkar «İslam Müdafiəçiləri Cəbhəsi» təşkilatı bəyan edib ki, müsəlmanları Santa Klaus əbası, papağı geyinməyə məcbur edənlərə qarşı «genişmiqyaslı əməliyyat» keçirəcək.
Əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada böyük xristian, buddist icmaları da var. İndoneziya dünyəvi ölkədir. Xristianlar Milad bayramını təntənə ilə qeyd edirlər.
Polis isə bildirib ki, heç bir genişmiqyaslı əməliyyatdan söhbət gedə bilməz: «İctimaiyyət öz dini bayramlarını qeyd edən başqa icmalara hörmətlə yanaşmalıdırlar».
İslam Müdafiəçiləri Cəbhəsi bildirir ki, İndoneziya İslam Ruhani Şurasının 2016-cı ildə verdiyi fitvanın icrasına çalışacaq.
Həmin fitvada deyilir ki, şirkət rəhbərləri öz işçilərini Milad geyimləri geyməyə məcbur edə bilməzlər. Bu fitvanın icrası məcburi deyil və onun hüquqi qüvvəsi yoxdur.
İslam Müdafiəçiləri Cəbhəsi bildirib ki, şirkətlərə gedib onların rəhbərləri ilə söhbətlər aparacaqlar.
İndoneziyada Milad bayramı zamanı bir çox dükan, restoran və supermarketlərdə xüsusi dekorasiyalar qurulur, bəzi müsəlmanlar da Santa Klaus papağı geyirlər. İslam Müdafiəçiləri Cəbhəsi həm də hökuməti Milad şənliklərinin keçirilməsini maliyyələşdirməkdən çəkinməyə çağırıb.
Belə şənliklər paytaxt Cakartanın mərkəzində təşkil edilir və minlərlə turist cəlb edir. İslam Müdafiəçiləri Cəbhəsi əvvəlki illərdə Ramazan vaxtı alkoqol satan dükanlara da reyd edib.
Milad bayramı zamanı ölkə boyu 90 min polis təhlükəsizliyi qorumaq üçün səfərbər ediləcək.
2000-ci ildə Cakarta və başqa yerlərdə kilsələrə hücum zamanı 20 nəfər öldürülmüşdü.