
Qırmızı imperiyanın avantürist rəhbəri
Qorbaçov Azərbaycan xalqının yaddaşında qanlı cəllad kimi qalacaq
Qorbaçov Azərbaycan xalqının yaddaşında qanlı cəllad kimi qalacaq
“Çernobıl”ın baş qəhrəmanı, əslində, kimdir?
Putin nazirlərə danışıqlara getməməyi tapşırdı
ABŞ keçmiş SSRİ ilə imzalanmış nüvə sazişindən imtina etdi
Bu gün Azərbaycanda və ölkə xaricində Ümummilli liderin xatirəsinə anım mərasimləri keçirilir
Heydər Əliyevin 27 il əvvəl verdiyi müsahibə: «Gərək Xalq Cəbhəsinin liderləri əqidələrini heç nəyə satmasınlar, bir olsunlar...»
ABŞ da Rusiya kimi qadağan edilmiş raketlərin istehsalına başlayır
... Qorbaçovun qərarı, nazirin istefası
«Şevardnadze Saakaşvilinin hakimiyyətə gəlməsində özü maraqlı idi»
«Azərbaycanın sabiq prezidenti SSRİ Nazirlər Sovetinin sədri olacaqdı»
Tramp Putinlə Reyqan-Qorbaçov tarixi görüşünü təkrarlamağı planlaşdırır?
Qorbaçovun təklifi daha çox xülyadır
Heydər Əliyevin istefadan əvvəl Siyasi Bürodakı çıxışı
«Reyqanın SSRİ haqqında heç bir məlumatı yox idi»
Öləndə...
Rusiya prezidentinin heç yerdə eşitmədiyiniz gündəlik həyatı, xaricəsəfərləri, rəsmi mərasimləri və s.
Voronejdə Raisa Qorbaçovanın qardaşı - yazıçı Yevgeni Titarenko vəfat edib. Virtualaz.org “Voronej dövlət televiziyası”na istinadən xəbər verir ki, Titarenko ölümünə az qalmış psixiatriya xəstəxanasından köçürüldüyü vilayət xəstəxanasında dünyasını dəyişib.
SSRİ-nin ilk və son birinci xanımının doğma qardaşı uzun illər Orlovka qəsəbəsində yerləşən dəlixanada yaşayıb. Heç bir qohumu ona qəyyum kimi qeydiyyatdan keçməyib və Yevgeni Titarenkonun rəsmi qəyyumu psixiatrik dispanser və onun baş həkimi göstərilir. Başqa sözlə, Mixail Qorbaçovun qaynı tam tənhalıqda, kimsəsiz ölüb.
Bildirilir ki, Titarenko ildə iki dəfə müayinədən keçirilirmiş, lakin həkimlər bu müayinələrin nəticələrinin onun evə buraxılması üçün qənaətbəxş olmadığını bildirirlərmiş.
Mənbə yazır ki, Titarenkonun taleyi müəmmalarla doludur. Uzun müddət söz-söhbət gəzirdi ki, o, dəlixanaya qanunsuz şəkildə - güclə salınıb.
2014-cü ildə prokurorluq əməkdaşları bu məlumatla bağlı yoxlama aparmışdılar və qərara gəlmişdilər ki, deyilənlər həqiqətə uyğun deyil. Lakin söz-söhbət səngimək bilmədi.
Ötən ilin yayında “Rossiya 1” telekanalındakı “Canlı yayım” proqramında bir vaxtlar Yevgeni Titarenkonu yaxşı tanımış insanlar çıxış edərək bildirmişdilər ki, yazıçının dəlixanaya salınmasına səbəb onun dövlətin birinci şəxslərinə (o zamanlar üçün) aid bildiyi xeyli sayda gizli məlumatlar olub.
Raisa Maksimovna doğma qardaşına bu cür münasibət bəsləyə bilərdimi? Mixail Qorbaçovun müvaşiri işləmiş yazıçı Georgi Pryaxin (Raisa Maksimovnanın yazdığı kitabın üzərində işləyib) xatırlayır ki, “birinci ledi” uşaqlığı barədə gözəl xatirələr danışırdı və qardaşını mehribanlıqla xatırlayırdı. Lakin onun indiki vəziyyətindən söhbət düşəndə bircə kəlmə ilə kifayətlənmişdi: “İçir”.
2017-ci ildə efirə getmiş və bir çox mətləblərin üstünü açan jurnalist araşdırmasının videoyazısını diqqətinizə çatdırırıq: