
Xruşşovun baş tutmayan “DineyLand” istəyi
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Tarixi faktlar və ideoloji əsaslar
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Mixail Qorbaçov öldü. Böyük bir epoxanın son qapısı çırpıldı. İki Qorbaçov. Totalitar sovet sistemini dağıdan, dünyanın gedişatını dəyişdirən epoxial lider və Azərbaycan xalqına divan tutan qanlı cəllad.
Qorbaçov SSRİ-nin özündən əvvəlki 20 ildə sovet rəhbərlərinin baş sındırdığı, etmək istədikləri, amma risk etmədikləri dəyişikləri eləmək istədi.
Onun Yenidənqurması Xruşşov “ilıqlaşmasının” yarıda qalmış prioritetlərinin, Kosıginin heç nəyə yaramayan sovet iqtisadiyyatını dəyişdirmək cəhdlərinin, Andropovun “biz yaşadığımız ölkəni tanımırıq” sözlərinin əcaib simbiozu idi.
Qorbaçov Stalinin repressiya qılıncıdan keçmiş, Brejnevin bataqlığında qalmış, “dəmir pərdə”nin arxasında dünyadan xəbərsiz yaşayan sovet vətəndaşlarına verilən azadlığın eksperimenti idi.
Bütün dünya şok vəziyyətdə bu eksperimenti izləyirdi.
On illər boyu “Amerikaya ar olsun!” və “Şər imperiyası” epitetləri ilə qarşı-qarşıya durmuş iki sistemin insanları üçün yeni dünya cazibədar idi.
Qorbaçov bacarmadı.
Bakıda 20 yanvar qırğını çoxmillətli və müttəfiq respublikaların birliyi olan SSRİ-nin necə bir avantürist adamın əlində olduğunu göstərdi.
Qorbaçov nə istəyirdi? Onun Qarabağla bağlı mövqeyi təkcə ermənilərə simpatiya deyildi. Qorbaçov SSRİ-nin bütün muxtar ərazilərinə siyasi kimlik vermək, Sovet İttifaqının yeni müqaviləsini hazırlamaq və orada SSRİ respublikalarının İttifaqdan çıxmasını tam əngəlləmək istəyirdi. Onun DQMV-i birbaşa SSRİ-yə tabe etdirmək, yeni müqavilədə bunu əks etdirmək cəhdi bundan doğurdu.
Qorbaçov yeni SSRİ-də Rusiyanın müzakirə doğurmayacaq hakim statusunu təsdiqləmək, buna respublikaların iqtisadi azadlığını pərçimləmək istəyirdi.
Qorbaçov SSRİ-də milli siyasətin necə ağır və incə məsələ olduğunu anlamadı. “Vankuverdən Vladivastokadək yeni dünya”da sovet respublikalarının yerini görmürdü.
Amerikanın banilərindən olan Tomas Ceffersonun bir söz var: “Sözlər fikri ifadə edir, amma niyyəti göstərən davranışlardır”.
Qorbaçov Azərbaycan xalqının yaddaşında həmişəlik qatil və qanlı cəllad kimi qalacaq. Onun gətirdiyi azadlıq arzusu davranışı ilə tərs mütənasib oldu.
“Yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi.
Ev uçub darmadağın oldu”.
İsa Məsih. İncil. Matta:7:1-29