
Paşinyanın çətin vəzifəsi
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
Paşinyandan kilsəyə islahat təşəbbüsü
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Radikal müxalifət, kilsə və bir qrup biznesmenin arxasında bir qüvvə var – Kreml
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə bir araya gələcək.
Görüş ərəfəsində həm Qarabağda, həm də Azərbaycan-Ermənistan sərhədində nisbi sakitlik olsa da əsəblərin gərgin olması danılmazdır. Laçın dəhlizi ətrafında baş verənlər və bu ayın əvvəlində qeydə alınan hərbi eskalasiya görüşün gərgin keçəcəyindən xəbər verir.
Amma bütün bunla aysberqin görünən tərəfidir.
Aysberqin görünməyən tərəfi daha təhlükəlidir. Və bu təhlükənin ilk anonsunu Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada verdi.
Bir qədər detallı.
Ötən həftənin sonunda isə Şuşada keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev buludlu səmada şimşək effekti verən bəyanat səsləndirdi: “ABŞ və Fransa səfiri Şuşaya gəlməkdən nümayişkaranə şəkildə imtina edib”.
Bundan əvvəl isə ABŞ dövlət Katibi Entoni Blinken ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin etdiyini xəbər vermişdi.
Əslində bu iki xəbər arasında bəsit əlaqə qurmaq olar. ABŞ Minsk Qrupunu diriltmək istəyir, rəsmi Bakı da səfirin bu hərəkətini şişirtməklə qisas alır.
Amma məsələnin içərisində Fransa da var. Demək oyun daha böyük müstəvidə oynanılır.
Və bütün bunlar Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə planlaşdırılmış görüşü ərəfəsində baş verir.
Aydın məslədir ki, bu proseslərdə ABŞ Avropa Birliyi ilə sinxron davranır.
Qərb dairələrində son vaxtlar aktuallaşan bir məsələ də var. Qarabağ erməniləri üçün status. Rəsmi Bakının mövqeyi bəllidir. Status olmayacaq.
Bəs Qərb nədən bu qədər israrlıdır?
Bunun çox sadə bir səbəbi var.
2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağda missiyası başa çatacaq. Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanmasa və Qarabağ ermənilərinin təhlükəsizliyi və doğurdan da Qarabağda qalacaqlarına təminat olmasa sülhməramlıların Qarabağdan çıxarılması real deyil.
Ən maraqlısı isə odur ki, paradoksal situasiya yaranıb. Qərb (həm ABŞ, həm də Avropa Birliyi) Rusiyanın Cənubi Qafqazda mövcudluğunu arzulamasa da Rus sülhməramlılarının Qarabağda qalmasına qarşı çıxa bilmir. Çünki bu Qarabağ ermənilərinin taleyini həll etmək demək olardı.
Belə bir paradoksal durumda Qərb Azərbaycandan hansısa bir formada status güzəşti əldə etmək istəyir.
Erməni politoloqların rəyinə görə Ermənistan cəmiyyəti və Ermənistan dövləti bu günə olan itkilərlə barışıb. Bunu Qərb də bilir. Deməli Ermənistanı Zəngəzur dəhlizi və digər məsələlərdə istənilən güzəştə razı salmaq olar. Lakin bunun üçün Qarabağ ermənilərinə təminat lazımdır ki, 2025-ci ildə Rusiya qoşunlarının Qarabağdan çıxarılmasına zəmin olsun. Əks təqdirdə bu mümkün olmayacaq.
Beləliklə indi Avropa İttifaqının timsalında Qərb Qarabağı Rusiyanın əlindən almaq istəyir. Brüssel “savaşının” da əsasında bu amil dayanır. Qərb bunun üçün küllü miqdarda pul da xərcləməyə də hazırdır. Avropa İttifaqı dəfələrlə bəyan edib ki, kommunikasiyaların bərpası üçün lazım olan vəsaiti verməyə hazırdır. Bu məsələdə də paradoksal hal yaranıb. Kommunikasiyaların bərpası ilə bağlı məsələlər Rusiyanın iştirakı ilə Moskvada müzakirə olunur, amma proses reallaşsa pulunu Avropa İttifaqı verəcək.`