
Londonun casusu, Bakının kürəkəni ...
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
İnsan itkisini hesaba qatılmadığı döyüş – 400 mindən çox itki hesabına keçilən Dnepr
Dünyadakı vəziyyət 1930-cu illəri xatırladır ...
Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa
ABŞ müharibələr zamanı SSRİ-yə daha çox yardım edib ya Ukraynaya?
Azərbaycanda ideoloji siyasətin önü açılmalıdır
Stalin Leninin yəhudi əsilli olmasını niyə gizlədib?
Rusiya prezidenti keçmiş rəisinin anım mərasimində kövrəlib
Putin Şimal qütbü ilə bağlı açıqlamalar verib
Ölkəsindən əksinqilabçı kimi sürgün edilən, dünyada isə inqilabçı kimi tanınan bolşevik
... Yaxud Kremldəki “Ostap Bender”lərin yeni anti-Azərbaycan planları
Sanki Səməd Vurğun “Rəhbərə salam”ı yazanda, onların babaları əllərinə silah götürüb üsyan etmişdi?
Yazıçının qalmaqallı müsahibəsi və bizim Tarixə yanlış münasibətimiz...
Rusiyanın Praqadakı Mədəniyyət və Elm Mərkəzinin direktor müavini Oleq Soloduxin öz «Facebook» səhifəsində Azərbaycanın sabiq prezidenti Heydər Əliyev haqqında səmimi fikirlərini paylaşıb.
Strateq.az bildirir ki, onun atası Yuri Soloduxin vaxtilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin köməkçisi vəzifəsində işləyib. O.Soloduxin Heydər Əliyevin SSRİ-nin ən görkəmli rəhbərlərindən olduğunu atasından eşidib və həmişə ulu öndərin şəxsiyyətinə hörmət və ehtiram bəsləyib.
Oleq Soloduxin «Facebook» səhifəsində yazıb:
«Maraqlıdır, nəyə görə Heydər Əliyevin məhz sovet tarixində rolu barədə susurlar? Axı Heydər Əliyevin sovet nomenklaturuna daxil olan müasirlərinin çoxunun fikrincə, Y.V.Andropov özünün varisi rolunda M.S.Qorbaçovu deyil, məhz Heydər Əliyevi görürdü. Y.Andropov planlaşdırırdı ki, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədri olacaq, onun hakimiyyət səlahiyyətləri xeyli genişlənəcək. Azərbaycanlı siyasi xadimin irəliləməsində fasilə yalnız Baş katibin vaxtsız vəfatı nəticəsində yarandı. Lakin əgər Heydər Əliyevin Moskvada hansı məsələlərə cavabdeh olduğunu, onun hakimiyyətdə olduğu qısa müddətdə nələr etməyə macal tapdığını xatırlasaq, o, Sovet İttifaqının ən görkəmli rəhbərləri ilə bir sırada dayanır. Andropovun həyata keçirdiyi modernləşmə prosesinin liderlərindən biri olan Heydər Əliyev «Xalq təsərrüfatında elmi-texniki tərəqqinin sürətləndirilməsi tədbirləri haqqında» 1983-cü il 18 avqust tarixli qərarın işlənib hazırlanmasında fəal iştirak edib. Xatırlatmalıyıq ki, Sov.İKP MK 12 ilə yaxın müddətdə elmi-texniki siyasət məsələlərinə dair özünün plenumunu keçirməyə çalışırdı, lakin bu plenumu keçirməmişdi. Buna görə ən kəskin məsələləri SSRİ Nazirlər Soveti vasitəsilə həll etmək lazım gəlirdi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 12 nazirliyə, o cümlədən maşınqayırma, nəqliyyat, yüngül sənaye, mədəniyyət, təhsil sahələrinə kuratorluq edirdi. 1984-cü ildən o, SSRİ Nazirlər Sovetinin Məktəb İslahatı üzrə Komissiyasına, Operativ Məsələlər üzrə Komissiyasına rəhbərlik edirdi. 1986-cı ildən SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf üzrə Bürosunun sədri idi. Bu vəzifədə o, Sov.İKP MK-nın «2000-ci ilə qədər olan dövrdə sağlamlığın mühafizəsinin inkişafının və SSRİ səhiyyəsinin yenidən qurulmasının əsas istiqamətləri haqqında» Qərarının qəbul edilməsinə nail oldu. Bu qərar nəinki səhiyyə sahəsinin strukturunun və idarə olunmasının modernləşdirilməsini, həmçinin səhiyyəyə ciddi maliyyə qoyuluşlarını, onun maddi-texniki bazasının yenilənməsini təmin etdi. Onu da demək istərdim ki, Heydər Əliyev Moskvaya işləməyə gələrkən Azərbaycandan yalnız iki nəfəri – mühafizə xidmətinin rəisini və şəxsi aşpazını gətirdi. Bütün qalan işçilər, hətta onun şəxsi katibliyi də moskvalı kadrlardan formalaşdırıldı».