Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:37 | 10 avqust 2018 | Cümə
Məqaləyə 1832 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Rəsmi Moskva ABŞ-ın yeni sanksiyalarına cavab tədbirlərinin hazırlanması ilə məşğul olacaq. Bu barədə cümə axşamı Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bəyan edib.
“Rusiya tərəfi dəfələrlə xəbərdarlıq edib ki, onunla güc və ultimatumlar mövqeyindən danışmaq faydasız və perspektivsizdir”, - deyə o qeyd edib.
Zaxarova bildirib ki, Moskvada Solsberidə hadisə ilə bağlı ABŞ-ın Rusiyaya qaşrı sanksiyalar tətbiq etmək niyyətini uydurulmuş bəhanə hesab edirlər.
Rusiyanın keçmiş kəşfiyyatçı Sergey Skripalın və onun qızı Yuliyanın zəhərlənməsində əli olması ilə bağlı ittihamları cavablandıran XİN rəsmisi bildirib ki, “Rusiya ABŞ-dan fərqli olaraq bütün kimyəvi silah ehtiyatını tam ləğv edib”.
Qeyd edək ki, avqustun 8-də ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Nauert Moskvanı “beynəlxalq hüququ pozaraq öz vətəndaşlarına qarşı bioloji, yaxud kimyəvi silahdan istifadə etməkdə” ittiham edərək, Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib.
Avqustun 22-dən qüvvəyə minəcək birinci bloka ikili təyinatlı elektron avadanlıqlar və cihazların Rusiyaya ixracına tam qadağa daxildir. İkinci blok üç ay fasilə ilə qüvvəyə minir və diplomatik münasibətlərin səviyyəsinin azaldılmasını, “Aeroflot” şirkətinin ABŞ-a uçuşlarına icazəsinin ləğvini, həmçinin ölkələr arasında mal dövriyyəsinin demək olar ki, tam dondurulmasını nəzərdə tutur.
Valyuta birjaları bu bəyanata dərhal reaksiya verib və nəticə olaraq, Rusiya rublunun məzənnəsi 2016-cı ilin göstəricilərinədək düşüb.