


UNESCO-da kimin daha çox irs nümunəsi var?
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
Daha 4 nominasiya qeyri-maddi irs nümunələrinin siyahısına salındı
Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var
... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
Azule yanaşmalarının əsasını Parisin qarayaxma kampaniyası təşkil edir
UNESCO suala nöqtə qoyub
İranda on milyonlarla soydaşımızın ana dilində təhsil hüququ yoxdur
Azərbaycana qarşı növbəti qərəz
Monitorinqlər ünvanlı deyil geniş həyata keçirməlidir
Hacı Zeynalabdin Tağıyevin təvəllüd tarixindəki qeyri-müəyyənlik nə ilə bağlıdır?
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür
“Tarixi irsimizin dünyada tanıdılmasında böyük nailiyyətlər əldə edilib”
Azərbaycanda qeyri-maddi mədəni irsin tərkib hissələrinin qorunub saxlanılması, bu sahədə qanunsuz mənimsənilmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçiriləcək. Lent.az-ın verdiyi məlumata görə, bu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təsdiq etdiyi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapıb.
Konsepsiyada qeyd edilib ki, milli qanunvericiliyin kompleks şəkildə təkmilləşdirilməsi, müəlliflik hüququnun və əlaqəli hüquqların qorunması, beynəlxalq normativ hüquqi bazanın tətbiqi və inkişafında iştirak təmin ediləcək. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi qorunması və müvafiq beynəlxalq təşkilatlarla, eyni zamanda xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin ediləcək.