Yaxın Şərq gərginliyi birjaları sarsıtdı
Avropa indekslər üçüncü gündür enir
15:40 | 19 fevral 2019 | Çərşənbə axşamı
Məqaləyə 1444 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
İtki yoxdur
Bir üzv digərinin ərazisini bombalayıb
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
ABŞ ilə mümkün razılaşmaya kim cavabdehdir?
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
ABŞ donanması İran gəmisini ələ keçirdi
ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır, əlavə 10 min əsgər göndərilir
İran razılıq olmasa, Bab əl-Məndəbi də bağlayacağı ilə hədələyir
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyə Statistika Komitəsi cari ilin yanvar ayı ərzində bu ölkədə xarici vətəndaşlar tərəfindən alınan mənzillərlə bağlı məlumat dərc edib. Bu statistika göstərir ki, Amerikanın nüvə razılaşmasından çıxmasından sonra İranlıların Türkiyədə ev alması halları kəskin yüksəlib.
Yanvar ayı ərzində iranlılar 305 mənzil almaqla, iraqlılardan sonra 2-ci yerdə qərarlaşıblar. Bu isə 2018-ci ilin yanvar ayı ilə müqayisədə 3.7 dəfə artım deməkdir. Alınan mənzillərin əksəriyyəti İstanbul və Antalyada yerləşir.
İran, İraq və Fələstin vətəndaşları tərəfindən daşınmaz əmlaka olan kəskin tələbat səbəbindən Türkiyədə xarici vətəndaşlara satılan mənzillərin sayı 82 faiz artıb.
Bundan əlavə, iranlılar 2018-ci il ərzində Türkiyədə 3652 mənzil alıblar, bu isə 2017-ci il ilə müqayisədə 4 dəfə artım deməkdir. Bu evlərin əksəriyyəti 2018-ci ilin may ayında ABŞ-ın nüvə razılaşmasından çıxmasında sonra alınıb.
İranlıların ev almaq üçün Türkiyədə nə qədər sərmayə yatırması məlum olmasa da, amma rəsmi Ankara ötən il bu ölkədə mənzil alanlara vətəndaşlıq verilməsi prosesini sadələşdirdiyindən, bu rəqəmi təxmin etmək olar. Belə ki, Türkiyə əvvəllər bu ölkənin əmlak bazarında ən azı 1 milyon dollar investisiya qoyan xaricilərə vətəndaşlıq verirdisə, 2018-ci ilin yayından bu rəqəm 250 min dollara endirilib.
Mülk alınması hallarının çoxalmasına baxmayaraq, 2017-ci il ilə nisbətdə 2018-ci ildə İrandan Türkiyəyə gedən turistlərin sayı 18 faiz azalaraq, 1 milyon 900 min nəfərə düşüb.
İran ilə Türkiyə arasında ticari əlaqələrdə də kəskin azalma müşahidə olunub. Rəsmi statistikaya əsasən, 2018-ci ildə Türkiyə İrana 2.4 milyard dollarlıq məhsul ixrac edib. Bu isə 2017-ci il ilə müqayisədə 26 faiz azalma deməkdir.
Türkiyənin 2018-ci ildə İrandan neft və qaz da daxil olmaqla, 6 milyard 931 milyon dollar civarında etdiyi idxalat 2017- ci il ilə müqayisədə 7.5 faiz azalma göstərir.