Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:40 | 21 fevral 2019 | Cümə axşamı
Məqaləyə 2937 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya və Avropa İttifaqına (Aİ) daxil olmasına gələcəkdə də mane olacaq.
Bu barədə o, Münhen Təhlükəsizlik Konfransında Ukrayna lançı çərçivəsində liga.net-ə müsahibəsində danışıb.Polşanın sabiq prezidentinin fikrincə, Putin iki hədəfi təqib edir. “Mən 2005-ci ilə qədər onunla dəfələrlə danışmışam. Onun həyatda iki strateji hədəfi var: Birincisi, Rusiya dünya arenasında böyük oyunçu olmalıdır. Artıq o buna nail olub. İkincisi isə Rusiyanın SSRİ-nin keçmiş ölkələrini yığmaq statusunda olmasıdır”, - Kvasnevski izah edib.
O qeyd edib ki, Kreml dondurulmuş münaqişələr üzrə yaxşı mütəxəssisdir və onun Dağlıq Qarabağda, Dnestryanı bölgədə, Gürcüstanda və indi və Ukraynadakı hərəkətləri buna sübutdur.
Aleksandr Kvasnevskinin sözlərinə görə, Rusiya Federasiyası siyasətini belə hərbi münaqişələr üzərində qurur və Putinin ətrafında, hansı ki, seçkilərdən bir il keçməsinə baxmayaraq vətəndaşlara iqtisadiyyatla bağlı heç nə təklif etməyib, cəmiyyətə hərbi hissləri təşviq edən “çoxlu təhlükəsizlik qüvvələri” var.
“Bu baxımdan onların əsas hədəfi Ukraynadır. Putinə bizim ölkə böyük bir Rusiya yaratmaq üçün lazımdır. Bu hədəf necə vardı, elə də qalır... O, Baltikyanı dövlətləri görməyəcəyini anlayır, amma Ukrayna üçün hələ də mübarizə aparmağa hazırdır. Buna görə də, onun Ukraynaya qarşı siyasətində dəyişikliklər gözləməyə dəyməz”, - deyə Polşanın sabiq lideri vurğulayıb.
O, əlavə edib ki, Rusiya ilə münaqişə “uzunmüddətli” olacaq, çünki Brüssel və ABŞ Donbasdakı müharibəyə görə Ukraynanın NATO və Aİ-yə üzv olmasına imkan verməyəcək, Rusiya Federasiyası isə bu zaman Ukraynada stabilliyi pozmaqda davam edəcək.