
Birjalarda nikbinlik
Qlobal bazarlarda ABŞ məşğulluq göstəriciləri gözlənilir
Qlobal bazarlarda ABŞ məşğulluq göstəriciləri gözlənilir
Tramp gömrük vergisi tətbiq edən sazişi imzaladı
Modern silahlar ilk dəfə təqdim edildi
2 nəfər öldü
ABŞ prezidenti gömrük rüsumları qərarının sürətləndirilməsini istəyir
ABŞ TSMC-nin Çinə ixrac güzəştlərini ləğv etdi
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Trampın Qərbi zəiflətməsi Putinin əl-qolunu açır
Venesueladan ABŞ-a xəbərdarlıq
ABŞ məhkəməsindən kritik qərar
“WSJ”: “ABŞ-da Savaş Nazirliyi gəlir”
“Ekranlarda görünmür”
Trampın Çin modeli Amerikanı sarsıtmağa davam edir
Ağ Ev Konqres tərəfindən təsdiqlənmiş xarici yardımı dayandırdı
AB-dən Trampa Rusiyaya münasibətdə sərt tənqid
Müsəlman-amerikalı insan haqları müdafiə qrupunun rəhbəri bildirib ki, ABŞ prezidenti Donald Tramp ağ irqin üstünlüyü ideologiyasının yüksəlişi əsnasında islamofobiyanı “normalladırıb”. Bu bəyanatı o, Yeni Zelandiyadakı iki məsciddə onlarla dindara terror hücumdan bir neçə saat sonra verib.
Cümə günü, martın 15-də Kraystçörç (Yeni Zelandiya) şəhərində ən azı 49 adamı öldürmüş terrorçunun manifestində miqrantlar “işğalçı”, Tramp isə “yenilənmiş ağ eyniyəti rəmzi” kimi təriflənir.
Amerika-İslam Əlaqələri Şurasının (CAIR) icraçı direktoru Nihad Avad deyib ki, “azad dünyanın lideri” olaraq Trampın siyasəti və ifadələri Birləşmiş Ştatların hüdudlarından kənarda da beynəlxalq təsirə malikdir.
“Müsəlman cəmiyyətinə hücum edən bir çox bədəməllər Trampa istinad edir və onun siyasətini vurğulayırlar. Mən heç kimin təəccüblənmədiyini düşünürəm, Trampın nə dediyi və nə etdiyi yalnız evdə deyil, xaricdə də insanların münasibətlərinə və hərəkətlərinə təsir edir”.
Dözümsüzlüyə təşviq
Müsəlman və vətəndaş hüquqları müdafiəçiləri uzun zamandır Trampı ritorikası və siyasəti ilə dözümsüzlüyü təşviq etməkdə ittiham edirlər.
2015-ci ilin sonunda prezidentliyə namizəd olarkən, Tramp bütün müsəlmanların ölkəyə daxil olmasını qadağan edəcəyini vəd edib, seçildikdən dərhal sonra da o, bir neçə müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a səfərlərini ciddi şəkildə məhdudlaşdırıb.
“Məncə, İslam bizə nifrət edir”, – Tramp 2016-cı ildə CNN-ə müsahibəsində hələ də namizəd olarkən bildirib.
Yeni zelandiyalı bədəməl yalnız bir dəfə ABŞ prezidentinə istinad edib, Trampı ağ milliyyətçiliyin rəmzi kimi dəyərləndirdiyini, lakin siyasi lider olaraq qəbul etmədiyini söyləyib.
Buna baxmayaraq, manifestdə bir çox “dəlillər”i Qərbin sağçı siyasətçiləri, o cümlədən Trampın çıxışlarında eşitmək olar.
Məsələn, yeni zelandiyalı cinayətkar bildirib ki, terror hücumunu miqrantların Avropa mədəniyyətini aşımasına qəzəbləndiyindən törədir.
ABŞ prezidenti də eyni fikirdə vurğulayıb. Keçən il ona miqrasiya haqqında sual verdikdə, Tramp deyib: “Mən yalnız mədəniyyətin dəyişdiyini düşünmürəm, bunu ümumən Avropa üçün çox mənfi bir şey sayıram. Bilirəm ki, bu siyasi cəhətdən mütləq şəkildə doğru deyil, amma bunu söyləyəcəyəm, həm də yüksək səslə söyləyəcəyəm”.
Qlobal ritorika
Cümə günü Avad qeyd edib ki, yaxın vaxtlarda Tramp ABŞ-ın cənub sərhədinə üz tutan, sığınacaq axtaran mərkəzi amerikalıları da “təcavüzkar” adlandırıb. Bu, müsəlmanları “işğalçılar” kimi təsvir edən terrorçunun manifestində işlədilən termindir.
Üstəlik, Şimali Amerikada yaşanan son ağ irqçi hücumların hamısında ümumişlək sözdür.
Oktyabr ayında ABŞ-ın Pittsburq şəhərindəki sinaqoqda 11 yəhudi icması üzvünü öldürən atıcı da yəhudiləri “işğalçı” qaçqınlara ABŞ-a gəlməkdə kömək etməkdə ittihamlamışdı.
Kanadada, Qvebek məscidində altı müsəlmanı öldürən adam Kanada hökumətinin sərhədlərini ölkəni ələ keçirəcək miqrant axınından motivasiya olunduğunu söyləmişdi.
Cümə günü Avad ABŞ prezidentini “dünyanın ən güclü adamı” kimi məsuliyyətini dərk etməyə çağırıb.
“O, islamofobiyanı normallaşdırıb, müsəlmanlardan və mühacirlərdən qorxanları qanuniləşdirib, – Avad bildirib. – Beləliklə, hər şey Trampla bağlıdır və biz ona deyirik: sözləriniz və siyasətiniz əhəmiyyətlidir, əgər azad dünya lideri olmaq istəyirsə, siyasətiniz dəyişdirməli, təkcə sözdə deyil, həm də siyasətdə birliyə, bərabərliyə çağırmalısınız”.
CAIR-ın tədqiqat rəhbəri Abbas Bərzegar ağ irqin üstünlüyü inancını dəstəkləyən beynəlxalq etno-avropalı faşist şəbəkənin mövcudluğunu söyləyib.
“Bu qlobal şəbəkə ideologiya, irqi həmrəylik anlayışı, tarixi təsəvvürlə birləşir və onların əsas tezisi mədəniyyətlərarası qarşıdurmadır”.
Onun sözlərinə görə, bu şəxslər mədəniyyətlərinin müharibə şəraitinə olduğu iddialarını təsdiqləmək üçün, səlib yürüşləri də daxil olmaqla, tarixi fəthləri vurğulayırlar.
“Bu çərçivə Amerika müsəlmanları və bütün müsəlmanları hər yerdə Qərb düşməni elan edir”.