Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:51 | 16 aprel 2019 | Çərşənbə axşamı
Məqaləyə 3866 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Pentaqon tarixdə ilk dəfə 5-ci nəsil “F-35” qırıcılarını rəsmən Yaxın Şərq regionuna göndərdiyini elan edib. Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəz komandanlığının (AFCENT) yaydığı məlumatda deyilir.
Bəyanata əsasən ən yeni silahlarla silahlanmış və radarlara görünməyən “F-35” qırıcıları regionda “Amerikanyönümlü koalisiyanın” döyüş potensialını gücləndirəcək.
“Təyyarə tərəfindən verilənlərin inteqrasiyası texnologiyasının və canlılığın tətbiqi hərbi əməliyyatlar teatrında stabilliyi və təhlükəsizliyi artıracaq, təcavüzkarları qorxudacaq”, - komandanlıq bildirir.
Lakin təyyarələrin konkret hansı ölkəyə yerləşdirildiyi açıqlanmır.
Bəyanatda deyilir ki, bütün döyüş əməliyyatları məkanının nəzarət altında saxlanılması üçün nəzərdə tutulan universal vasitə kimi “F-35” qırıcıları bütün qalan döyüş vahidləri arasında verilənlərin qəbulu, ötürülməsi və inteqrasiyası mərkəzidir. Qırıcıların güclü və kompleks sensor sistemi meydana çıxan təhdidlərə qarşı adaptasiyanı, döyüşdən salamat çıxmağı və düşmənə öldürücü zərbə vurmağı artırır.
“”F-35A” qırıcıları istənilən təhdidlər şəraitində ölkəmizin hava məkanında dominantlıq etməsini təmin edir”, - ABŞ HHQ-nin qərargah rəisi, general Devid Qoldfeyn bildirib. O deyib ki, “F-35A” qırıcıları Yaxın Şərqdə koalisiya qüvvələrinin başlıca müdafiəçisi olacaq.
“Biz səbrsizliklə “F-35A” qırıcılarının regiondakı qüvvələrimizin döyüş qabiliyyətini yaxşılaşdıran bütün imkanlar spektrini nümayiş etdirməyi gözləyirik”, - AFCENT rəhbəri, general Cozef Quastel deyib.
Military.com qeyd edir ki, bundan əvvəl analoji missiyanı radarlara görünməyən “F-22” “Raptor” qırıcıları həyata keçirirdi. Neçə il ərzində bu qırıcılar İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan koalisiya qüvvələrini havadan effektiv şəkildə qoruyublar. Habelə kəşfiyyat məlumatlarının toplanmasında effektiv rola malik olublar.
AFCENT-in mətbuat katibi, mayor Holli Brauer “F-35” qırıcılarının Yaxın Şərqdə yerləşdirilməsini “planlaşdırılmış addım” adlandırıb. Amma həmin təyyarələrin Əfqanıstandakı əməliyyatlarda tətbiq olunacağını dəqiqləşdirməyib. Ötən ilin sentyabrında ilk dəfə ABŞ Əfqanıstanda “F-35” qırıcısını döyüş vahidi kimi tətbiq etmişdi.
“F-35” qırıcılarının regionda yerləşdirilməsi ABŞ prezidenti Donald Trampın İrana qarşı güclənməkdə olan təzyiq kampaniyası ilə bir vaxta təsadüf edir. Habelə Liviyada Rusiyanın müttəfiqi, feldmarşal Xəlifə Haftarın qüvvələr paytaxta hücumları davam etdirir.
ABŞ-dan əvvəl İsrail “F-35” qırıcılarını Suriyada tətbiq etməyə başlayıb. (virtualaz.org)