Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
18:50 | 6 fevral 2022 | Bazar
Məqaləyə 962 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Rusiya prezidenti Vladimir Putin Pekində Çin lideri Tsi Tsinpinlə sayca 38-ci görüşünü keçirdib. Putin Pekində həm çinli həmkarıyla müxtəlif sazişlər imzaladı, həm də Qış Olimpiadasının açılışında iştirak etdi.
Kremlin Pekinlə əməkdaşlığının iqtisadi və siyasi hədəfləri var. Rusiya və Çin liderləri iqtisadi əməkdaşlığı və ticarət mübadiləsini daha da artırmağı hədəfləyiblər. Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 146 milyard dollardır. Putin bu həfəi 200 milyard dolara qədər atırmağın vacibliyini vurğulayıb. Kremlı sahibi onu da bildirib ki, Rusiyanın Uzaq Şərqindən Çinə ildə 10 milyard kubmetr qaz tədarük ediləcək. Bundan başqa Rusiya 10 il ərzində Çinə 100 milyon barel neft satacaq.
Vladimir Putin Tsi Tsinpinlə ABŞ-a qarşı mübarizə aparmaq üçün sıx əməkdaşlıq etməyə də söz verdilər. Misal üçün Çin lideri Putinin istəyi ilə NATO-nun genişlənməsini pislədi, Kreml sahibi isə Tsi Tsinpinin istəyi ilə ABŞ-ın təsis etdiyi AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) birliyini pislədi.
Kreml sahibi eyni zamanda Çinin ərazi bütövlüyünü və Tayvan məsələsində Pekinin mövqeyini dəstəklədiyi bəyan etdi. Bunun özü ikiüzlü siyasətdir. Çünki Çinin ərazi bütövlüyünü dəstəkləyən Kreml sahibi Ukraynanı parçalamaq siyasətini yürüdür. Putinin məntiqinə görə Tayvan Çinə aid olmalıdır, onda eyni məntiqlə Donbas və Krım Ukraynaya, Abxaziya və Cənubi Osetiya da Gürcüstana aid olmalıdır. Vladimir Putin Krımda 2014-cü ildə saxta referenduma əsaslanaraq yarımadanı Rusiyaya biləşdirdi. Yenə eyni məntiqdən çıxış etsək, Tayvan əhalisi müstəqilliyə səs verib Çinə birləşməyin əleyhinə olsalar Kreml sahibinin mövqeyi necə olacaq? Aydındır ki, Vladimir Putin Tayvanda yaşayanların rəyini nəzərə almayacaq. Çünki Kreml “yaxşı separatçı” və “pis separatçı” məntiqindən çıxış edir. Eyni sözlər Pekinin siyasətinə də aiddir.