Fars-molla rejimi dünya şöhrətli azərbaycanlını edama hazırlaşır
Professor Əhmədrza Calali təkadamlıq kameraya köçürülüb
17:43 | 21 fevral 2022 | Bazar ertəsi
Məqaləyə 585 dəfə baxılıb
Şriftin ölçüsü
Professor Əhmədrza Calali təkadamlıq kameraya köçürülüb
“Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?!”
Ağır iqtisadi vəziyyətə etirazlar başlayıb
Arxeoloji qazıntı zamanı tapılanlar Elxanilər dövrünə aid ola bilər
“Azadlıq verilmir, alınır!” söyləmiş, Güney Azərbaycanda ilk demokratik milli hökumət yaratmış Şeyx Məhəmməd Xiyabani
“Fars dilini bilməyən uşaqları ailələrindən ayırmaq lazımdır”
Güney Azərbaycanın paytaxtında binaların zəlzələyə davamlılığı narahatlıqları təkrar gündəmə gəlib
1 faiz qazanc qarşılığında 10 faiz vergiyə...
Təbrizdə Kərkükü dəstəkləyən bannerlər asılıb
«Azərbaycan Sənayesi İnkişafı Şirkəti»nin işçilərindən etiraz
İranın bir hərbi təyyarəsi bazar ertəsi günü səhər saat 9 radələrində Təbriz şəhərinin şimal-qərb məhəllələrinin birində qəzaya uğrayıb. Təyyarənin bir məktəb binasına çırpıldığı bildirilir.
Xəbər agentliklərinə istinadən, hadisə nəticəsində qırıcı təyyarənin pilotu daxil olmaqla azı 3 nəfər həyatını itirib.
Rəsmi “İRİB News” agentliyinin xəbərinə görə, qəza Təbrizin “Yekə Dükan” məhəlləsində bir idman kompleksinin yaxınlığında baş verib.
Təbrizin Şəhid Fakuri Hərbi Hava Bazasının komandiri Rza Yusufi təyyarənin texniki problem səbəbilə qəzaya uğradığını bildirib.
Şərqi Azərbaycan vilayətinin böhran idarəetmə mərkəzinin müdiri Bağır Hünərbər təyarrənin “F5” təlim növündən olduğunu açıqlayıb. O, qəza zamanı təyyarənin çırpıldığı məktəbdə kimsənin olmadığını söyləyib.
“Hərbi hava qüvvələrimizdən ikisi, eləcə də bir vətəndaş öz şəxsi avtomobilində həyatını itirib”, Hünərbər qeyd edib.